Xarici turistlərin 80 faizdən çoxu Bakıdan kənara çıxmır
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusar olub:
“Azərbaycana gələnlərin 6,4 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, tursitlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Bu müddətdə turistlərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 min olub. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür".
O bildirib ki, göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar:
“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır.
Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin və eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:62
Bu xəbər 03 Noyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















