Icma.az
close
up
RU
Azərbaycana iki növ ət gətirilir: hansını almalıyıq? Açıqlandı

Azərbaycana iki növ ət gətirilir: hansını almalıyıq? Açıqlandı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xarici ölkələrdən Azərbaycana gətirilən ətlərin keyfiyyəti barədə birmənalı fikir yoxdur. Ötən gün də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal olunan bir sıra ət məhsulu partiyalarında uyğunsuzluq aşkar edib. Siyahıda Ukrayna, Belarus, Braziliya, Rusiya, Monqolustan kimi ölkələrin adları yer alıb. Digər tərəfdən, qida sənayesində istifadə olunan həmin ətlər ucuz qiymətə alındığından bəzi iş adamlarının məhsulun idxalında maraqlı olduğu bildirilir.

Bu ətlər niyə ucuzdur? Hansı təhlükələr var?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli ölkəyə iki formada ətin idxal edildiyini deyib:

“Birincisi, diri heyvan, ikincisi isə dondurulmuş ətlərdir. Dondurulmuş ətlərin bir hissəsi daha çox emalda istifadə olunur. Yəni fərqli məhsulların konservləşdirilməsi üçün əldə edilir. Başqa ölkədən gələn ətin keyfiyyəti nisbətən aşağıdırsa, bu, istehlak üçün uyğunsuzdur, anlamına gəlmir. Çünki ətin həmin ölkədən çıxışı və Azərbaycana daxil olmasına müvafiq qurumlar nəzarət edir. Bütün dünyada, o cümlədən ölkəmizdə ət idxalına tələb var”.

Cəfər İbrahimli

Ekspert bildirib ki, xeyli müddətdir, özümüzü ətlə tam təmin etmək imkanımız yoxdur:

“Heyvandarlıq üçün bir sıra çatışmayan cəhətlər var. Açığı, idxaldan asılılığın minimuma endirilməsi istiqamətində iş görülə bilər. Heyvandarlığın inkişafı, dövlət dəstəyi kimi məsələlərin idarə edilməsi və təsərrüfatın effektiv inkişafının təmin olunması vacibdir. Bunlar olduğu təqdirdə, daxili tələbatı yerli istehsal hesabına ödəmək olar. Lakin bunu sıfıra endirmək çətindir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri