Icma.az
close
up
RU
Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var Pərvin Kərimzadə

Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var Pərvin Kərimzadə

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumudur. 1974-cü ildən sonra demək olar hər il keçirilən Dünya İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə səfər edərək Forumda iştirak edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, budəfəki Forumda beş əsas istiqamət üzrə müzakirələr təşkil olunub. Belə ki, bu müzakirələrə inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası mövzuları daxildir. Forum çərçivəsində təşkil olunan sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr aparılıb. Tədbirin başlıca məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.

Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə də həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və s. məsələlərdə Azərbaycanın mühüm rolu da diqqət mərkəzindədir.

Millət vəkilinin fikrincə, budəfəki Forumda da Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən, eləcə də suverenliyini tam bərpa etdikdən sonra bölgədə geniş əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq. Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin rəhbərləri ilə görüşməklə yanaşı, dünyada tanınmış bəzi şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib, əməkdaşlığa dair müzakirələr aparılıb. Belə ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Davos Forumu ümumdünya məsələlərin müzakirəsi və vacib qərarların qəbulunda əlverişli mühit deməkdir.

Forum dünyanın iqtisadi coğrafiyasında yeni təşəbbüskarlığa, o cümlədən enerji-nəqliyyat layihələrinin gerçəkləşməsinə siyasi dəstəyi də ifadə edir. Bu baxımdan Azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, bərpaolunan enerji layihələri qlobal iqtisadiyyata yeni istiqamətlər vermək baxımından əhəmiyyət kəsb edir. 55-ci Davos Forumu da Azərbaycan üçün olduqca məhsuldar və səmərəli keçir. Prezident İlham Əliyevin Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Kansleri Olaf Şolts, İsrailin Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq rəhbəri Camal Rəşid, Ukrayna Prezidenti Volodimir Zelenski və digər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd olunub.“Azərbaycanın dövlət başçısının dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri yaddaqalan olub. Onların sırasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşü xüsusi vurğulanmalıdır. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti və digər təşkilatlar arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün bunlar Azərbaycanın liderinin dünyada yüksək nüfuzundan xəbər verir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri