Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Parisdə turizm təqdimatı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Yeni tərəfdaşlığın başlanğıcı Pərvin Kərimzadə

Yeni tərəfdaşlığın başlanğıcı Pərvin Kərimzadə

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu gün Azərbaycanın müttəfiqlik səviyyəsində münasibətlərinin sürətlə dərinləşdirdiyi dost ölkələrin sayı artmaqda davam edir. Prezident cənab İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Bu siyasət də öz növbəsində Azərbaycanın nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, müasir dövrün çağırışlarına uyğun öz milli maraqlarını qoruyaraq çoxşahəli müstəqil xarici siyasət yürüdən Azərbaycana uzun illər müstəmləkəçilikdən əziyyət çəkən Afrika qitəsində yerləşən Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə ilk rəsmi səfəri ölkəmizin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da artmasını təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun mətbuata verdikləri bəyanatlar, iki ölkə arasında imzalanan sazişlər xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrin inkişafından, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açıldığından xəbər verir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilk olan Somali Federativ Respublikasının Prezidentinin Bakıya səfəri eyni zamanda, Azərbaycan-Somali dostluq münasibətlərində hər iki ölkənin ikitərəfli əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması ilə bağlı baxışları İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi fəaliyyət gösrərən Somali Federativ Respublikası ilə eynidir.

Deputat onu da vurğulayıb ki, iki ölkə arasında imzalanan yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumları, təhsil, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişlər hərtərəfli əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının bariz nümunəsidir. Həmçinin imzalanan sənədlər, əldə edilən razılaşmalar Azərbaycan-Somali dostluğunu daha yüksək səviyyəyə qaldıracaq.

20 faiz torpaqlarını işğaldan azad edən, öz gücünə haqqı, ədaləti bərpa edən ölkəmizin Qalib Lideri cənab İlham Əliyev mətbuata verdiyi bəyənatda qeyd edib ki, biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübələri bölüşən cənab İlham Əliyev təhsil sahəsində əldə edilən nailiyyətlərə də diqqəti çəkib: ”Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.

Bu səfəri ikitərəfli münasibətlərdə yeni eranın başlanğıcı kimi qiymətləndirən, Azərbaycanın qazandığı uğurlu təcrübənin ölkəsi üçün maraqlı və faydalı olduğunu etiraf edən Somali Prezidenti Hasan Şeyx Mahmud bildirib ki, bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür.

“Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq. Cənab Prezident, qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir” – deyə bildirən Somali Prezidenti onu da vurğulayıb ki, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.

Beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın Somali Federativ Respublikası ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edəcək. İctimai-siyasi, kənd təsərrüfatı, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq dostluğun inkişafa öz müsbət töhfəsini verəcək – deyə YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see419

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see386

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see370

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see327

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see319

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see263

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see219

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see217

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see209

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see207

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see199

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see199

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see197

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see188

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see186

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see184

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see181

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see177

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see160

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri