Icma.az
close
up
RU
Azərbaycana palma yağının idxalı dayandırılıb? İQTİSADÇI AÇIQLADI

Azərbaycana palma yağının idxalı dayandırılıb? İQTİSADÇI AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Maraqlıdır ki, Azərbaycana 2023-cü ildə 45,5 min ton, 2024-cü ildə isə 64,5 min ton palma yağı və onun fraksiyaları idxal edilib. Amma bu il Statistika Komitəsi elan edir ki, guya yanvar ayının 1-dən indiyə qədər Azərbaycana da, bir kiloqram da olsun palma yağı idxal edilməyib. Bununla bağlı Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Ölkəyə palma yağının idxal edilməsinin qadağan olunması barədə yanvarın 1-dən etibarən heç bir qərar qəbul edilməyib”. Bu sözləri SİA-ya açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Elə isə sual olunur: illərlə artan templə davam edən palma yağı idxalının qarşısını nə alıb? Əgər bu, gömrük işçilərinə tapşırıq şəklində verilibsə ki, bu tip yağların ölkəyə daxil olmasına mane olsunlar, bunun üçün hüquqi baza olmalıdır. Palma yağının Azərbaycana idxalının qadağan olunması üçün mütləq qanun və ya hüquqi normativ akt qəbul edilməlidir ki, Gömrük Komitəsi də bu normativ hüquqi akta əsaslanaraq ölkəyə idxalı dayandırsın.

Maraqlıdır, əgər həqiqətən də yanvarın 1-dən palma yağı ölkəyə idxal olunmursa, bu, hansı qərar əsasında dayandırılıb? Bu, bəlli deyil.

Amma məsələnin digər tərəfi də var. Əgər palma yağının Azərbaycana idxalı doğrudan da dayanıbsa, bu təqdirəlayiq haldır. Çünki palma yağı ucuz olsa da, insan sağlamlığına zərər verə biləcək tərkibə malikdir.

Palma yağı iki formada olur: birincisi, palmanın lətindən alınan yağdır ki, bu, daha keyfiyyətli və bəzi hallarda faydalı yağ sayılır. İkincisi isə palmanın çəyirdəyindən alınan yağdır ki, məhz bu növ insan sağlamlığı üçün zərərlidir. Çünki bu yağın molekulları kifayət qədər böyükdür və insan həzm sisteminin süzgəclərindən bəzi hallarda keçə bilmir. Davamlı qəbul edildikdə isə bu süzgəclər sıradan çıxır və yağlar orqanizmdə piy şəklində toplanmağa başlayır. Bu da piylənməyə, nəticə etibarilə isə kökəlməyə səbəb olur. Piylənmə və kökəlmə isə bir çox xəstəliklərin səbəbkarıdır.

Digər tərəfdən, palma yağının ərimə temperaturu insan orqanizminin orta temperaturundan yüksəkdir – təxminən 40°C. Bu səbəbdən də palma yağı insan orqanizmi üçün uyğun hesab olunmur və bu fikir bir çox ölkələrdə qəbul olunub. Ona görə də, bu yağlar nisbətən ucuz qiymətə satılır, dünya bazarında 1-2 dollar arasında. Məhz ucuz olduğuna görə Azərbaycana gətirilir. Azərbaycanda isə bu yağlara dad verilib, “kərə yağı” adı altında 5-6 manata satılır. Marketlərdə 5-10 manat arasında satılan kərə yağlarının əksəriyyətinin tərkibi tamamilə palma yağıdır.

Bu baxımdan, palma yağının Azərbaycana idxalının məhdudlaşdırılması müsbət haldır. Lakin bu qadağanın hüquqi əsaslarla tənzimlənməsi vacibdir. Əgər hüquqi baza olmadan qadağa tətbiq olunursa, bu zaman sahibkarların hüquqları pozulur. Sahibkar tapşırıqlara uyğun hərəkət etməməlidir, qanun və normativ aktlara uyğun şəkildə fəaliyyət göstərməlidir. Əgər o, ölkəyə qadağan olunmamış məhsul idxal edirsə, amma gömrükdə həmin məhsul dayandırılırsa, bu, qanunsuzluqdur.

Bu cür halların qarşısını almaq üçün mütləq palma yağının idxalının qadağan edilməsi ilə bağlı qanun, qərar və ya hüquqi normativ akt qəbul edilməlidir ki, məsələ hüquqi çərçivədə həll olunsun”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri