Icma.az
close
up
RU
Azərbaycana qarşı casusluqla məşğuldurlar Komissiya sədri

Azərbaycana qarşı casusluqla məşğuldurlar Komissiya sədri

Icma.az, Olke.az saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi altında ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, milli maraqlarına uyğun həyata keçirdiyi siyasət Qərbdəki bəzi dairələr tərəfindən həzm edilə bilmədiyindən ölkəmizə qarşı hibrid təhdidlər yaratmağa başlayıb.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, deputat Ramid Namazov parlamentdə komissiyanın təşkil edilən ictimai müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin, xüsusən də Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı hibrid təhdidləri 2023-cü il sentyabrında Azərbaycanın suverenliyinin bərpa edilməsi istiqamətində həyata keçirilən antiterror əməliyyatlarından sonra daha qabarıq şəkildə özünü büruzə verib.

Namazov əlavə edib ki, komissiya öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparıb və araşdırmalar zamanı Aİ tərəfindən ölkəmizə qarşı əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub.

O, Aİ-nin Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə göndərdiyi missiya ölkəmizə qarşı hibrid təhdid təşkil edir. “Bu missiyanın əsas hədəfi sülhə  töhfə vermək olsa da, ötən müddətdə biz tamamilə başqa mənzərənin şahidi oluruq. Aİ 2022-ci ildə Praqa razılaşmasından sonra Ermənistana 3 missiya göndərib. Onlardan yalnız birincisi qismən qanuna uyğun olub. Belə ki, birinci missiya Azərbaycanla razılaşdırılıb. Lakin sonrakı iki missiya Azərbaycanla razılaşdırılmadığından qanunsuzdur. Sonunsu missiyanın fəaliyyəti 2025-ci ilin yanvarında bitməsi nəzərdə tutulsa da,  Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın  təklifi ilə bu missiyanın müddəti 2027-ci ilədək uzadılıb”, - o qeyd edib.
Namzov Aİ missiyasının şərti sərhəddəki fəaliyyətini  casus fəaliyyəti adlandırıb: “Aİ missiyası casus fəaliyyəti ilə məşğuldurlar. Çünki onlar kəşfiyyat məlumatı toplayıb Aİ-yə göndərməsinin adı casusluqdur. Bu da Azərbaycana birbaşa təhdiddir. Missiya casusluq fəaliyyəti göstərdiyindən cinayət məsuliyyəti daşıyırlar və buna görə 10-15 ilədək  cəza nəzərdə tutulur”.

O həmçinin bildirib ki, missiya Ermənistanda casus şəbəkəsi yaratmaqla gələcəkdə başqa məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur.
Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri