Komissiya sədri: Qərbdə bəzi dairələr erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı hibrid təhdidlərə başlayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib, milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirməkdədir. Bu isə Qərbdə, xüsusən də Avropa İttifaqı və onun üzv dövlətlərindəki bəzi dairələrin maraqları ilə üst-üstə düşmürdü”.
APA xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O bildirib ki, nəticədə həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















