Icma.az
close
up
RU
Azərbaycana qarşı HÜCUMLAR BAŞLADI TƏFƏRRÜATLAR

Azərbaycana qarşı HÜCUMLAR BAŞLADI TƏFƏRRÜATLAR

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29-a yaxınlaşdığımız sayılı günlərdə Azərbaycana qarşı xarici qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılır. Bu proses kimlər tərəfindən edilir və onların əsas məqsədi nədir?

“X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb. Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, çox təəssüflər olsun ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən qüvvələr var və xüsusilə də, Azərbaycanın COP-29-a ev sahibliyi etməsi beynəlxalq nüfuzunu daha da artırmaqdadır.

“Azərbaycanın artan bu beynəlxalq nüfuzu, təbii ki, həmin qüvvələri daha çox narahat edir. Xüsusilə də, Cənubi Qafqazda və regionumuzda böyük planlar quran və ərazilərə tam olaraq nəzarət etmək istəyən həmin qüvvələr Ermənistanın Azərbaycanla sülh imzalayacağı təqdirdə, Ermənistan, Türkiyə və Azərbaycan münasibətlərinin normallaşdırılması zamanı Ermənistanı tamamilə itirəcəklərindən qorxurlar”.

Millət vəkili qeyd edib ki, faktiki olaraq, Azərbaycana qarşı hərtərəfli təzyiqləri artırırlar. Azərbaycan isə bütün bu hücumların qarşısını məharətlə alır və COP29-u siyasiləşdirmək istəyən həmin qüvvələr öz arzularına artıq çata bilməyiblər. Onlar da artıq anlayırlar ki, COP29 baş tutacaqdır və COP29 siyasi bir tədbir deyil, iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni özündə ehtiva etməkdədir. Dünya liderlərinin Azərbaycana gələcəyi ilə bağlı verdiyi məlumatlardan, öz səfərlərini təsdiqlədikdən sonra artıq həmin xarici qüvvələrin planları alt-üst olub. Buna baxamayaraq, onlar müxtəlif yollarla bu tədbir zamanı Azərbaycana qarşı fərqli planlar və təxribatlar törətmək istəyirlər.

“COP29-un gündəliyinə və gündəminə aid olmayan mövzuları qabartmağı dilə gətirirlər və bu tədbirdə iştirak edəcək şəxslərdən bunu xahiş edirlər. İstənilən halda, dünya ictimaiyyəti və Azərbaycanın dostları bu hücumların və təzyiqlərin qarşısını ala biləcəkdir. Azərbaycan da öz üzərinə düşən bütün öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirərək, COP29-u nümunəvi şəkildə keçirəcəkdir.

İnanıram ki, biz bundan sonra da birliyimizi və bərabərliyimizi qoruyub saxlamalıyıq. Çalışmalıyıq ki, xarici qüvvələrin ortaya atacağı yeni tələləri və hücum taktikalarını zərərsizləşdirək. Biz daha çox ayıq-sayıq olmalıyıq. Biz yeni hücum növlərinin qarşısını almaq üçün müasir trendləri daha yaxşı öyrənməliyik. Belə olacağı təqdirdə bütün bu təzyiqlərin və xarici qüvvələrin hücumlarının qarşısını məharətlə ala biləcəyik və bu günə qədər bu işi uğurla həyata keçirmişik, bu gündən sonra da bunun öhdəsindən uğurla gələcəyik. Azərbaycanın zəfərini cəzalandırmaq istəyən xarici qüvvələr öz istəklərinə çatmayacaqlar və biz Cənubi Qafqazda dayanıqlı sülhə nail ola biləcəyik”, - deyə Naqif Həmzəyev vurğulayıb.

Digər müsahibimiz, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu tədbirə ev sahibliyi etməyimiz və vaxtın yaxınlaşması Qərbin antiazərbaycan dairələrini narahat etməyə başlamışdır. Ona görə də ABŞ Konqresi, Fransa Senatı, Niderland Konqresi, Avropa Parlamenti ölkəmizə qarşı qarayaxmalarla dolu antiazərbaycan qətnamələri qəbul edir. O cümlədən ABŞ-ın sifarişlərini icra edən "Human Rights Watch" və "Freedom Now" QHT-ləri Azərbaycana qarşı qərəzli hesabatlar yayır və ölkəmizin imicinə xələl gətirməyə və COP29 ərəfəsində antiazərbaycan tədbirlərini genişləndirməkdə davam etdirirlər”.

Deputat qeyd edib ki, onlar təkcə öz ölkələrində Azərbaycana qarşı ədalətsiz kampaniyaları aparmaqla kifayətlənmirlər, həm də Ermənistanda qeyri-qanuni yerləşdirilmiş Aİ-nın müşahidəçi missiyası vasitəsilə şərti sərhədlərimizdə müşahidə aparmaq adı altında kəşfiyyat materialıarı yığırlar. COP29 yaxınlaşdıqca onlar daha da aktivləşərək, avtomobilə Fransa bayrağını vurub nümayişkaranə şəkildə şərti sərhədimizə gəlir və yeni təxribat ssenariləri üzərində çalışırlar. Fransanın Ermənistandakı səfiri də səfirlik səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur və Azərbaycana böhtanlar yağdırmaqla məşğuldur.

A.Badamov halbuki səfirin vəzifəsi diplomatik misiyanı yerinə yetirmək və misiyanı həyata keçirdiyi ölkə arasında münasibətlərin inkişaf etdirilməsi ilə məşğul olmaq olduğunu bildirib.

"Fransa səfirinin işi isə təəssüf ki, ancaq Azərbaycana qarşı ittihamlar səsləndirməkdən ibarətdir. Onlar Azərbaycanın apardığı müstəqil siyasətini, torpaqlarını işğaldan azad etməsini, azad olunmuş ərazilərdə quruculuq-abadlıq işləri aparılaraq keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmasını, o cümlədən beynəlxalq tədbirlərə ev sahbliyi etməyini və dünya ictimaiyyətinin Bakıya gəlməsini həzm edə bilmirlər. Amma Qərbin bütün canfəşanlıqlarına baxmayaraq, Azərbaycan COP29 tədbirinə uğurla ev sahibliyi edəcək və qlobal iqlim dəyişikliklərə qarşı effektiv mübarizənin təşkil olunması üçün çox vacib qərəraların qəbul olunmasına nail olunacaqdır.

Bu gün Azərbaycana düşmən gözü ilə baxan Qərb ölkələri bilməlidirlər ki, ölkəmizlə ancaq dostlaşıb əməkdaşlıq etmək olar. Güc yolu ilə bizi öz iradəsinə heç vaxt tabe etdirə bilməyəklər. Çünki, ölkəmizin iqtisadi, hərbi gücü, həm də xalq-iqtidar birliyi və dövlət başçısının uzaqgörən siyasəti bütün çirkin təzyiqə cəhdlərini dəf etməyinə qadirdir. Biz müstəqil ölkəyik və bundan sonra da qərarlarımızı kimlərinsə xoşuna gəlməsi üçün yox, beynəlxalq hüquqa söykənmiş şəkildə müstəqil qəbul olunacaqdır”, - deyə Azər Badamov vurğulayıb.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri