Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Azərbaycana qarşı kiber hücumlar...

Azərbaycana qarşı kiber hücumlar...

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu, kimə və nə üçün lazımdır?

Ötən həftə Azərbaycanın bir sıra aparıcı media orqanlarına – Report İnformasiya Agentliyinə, “Caliber.az”, “Oxu.az”, “Media.az”, “Baku.ws” saytlarına və BakuTV-yə kiber hücumlar oldu. Onların serverlərini və idarəetmə panellərini sındırmaq cəhdləri qeydə alındı. Bu qurumların fəaliyyətlərində fasilələr yarandı.

Ümumən, son vaxtlar belə halların sayı artmaqdadır. Məsələn, bir müddət əvvəl İTV-nin saytı da kiberhücuma məruz qalmışdı. Ardıcıl hücumlar isə göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır. Yazımızda bu barədə söz açacağıq.

***

Bəli, Azərbaycanın informasiya məkanına hücumların məqsədli şəkildə gerçəkləşdirildiyini söyləyə bilərik. Məsələyə texniki baxımdan yanaşsaq, onu da deməliyik ki, hücumlar klassik
xarakter daşımır. Yəni, onlar DDoS hücumu parametrlərindən uzaqdır. Aydındır ki, məqsəd bilavasitə serverləri ələ keçirməkdir və bir qayda olaraq, belə həmlələr həvəskar hakerlərin boylarını aşır. Mürəkkəb işə yalnız yüksək ixtisaslı kibermütəxəssislərin girişmələri mümkündür. Ehtimallar hansısa xarici ölkənin kəşfiyyat xidmətlərinin əməkdaşlarının prosesə cəlb edildiyini deməyə əsas verir. O zaman sual yaranır: ölkəmizin informasiya məkanına diversiya hansı qüvvələrə və nə üçün lazımdır?

***

Bəzi internet resurslarının əsas səhifələrində yerləşdirilmiş dini mövzulu görüntülər belə təəssürat yaradır ki, kiber hücumların arxasında dayanan İrandır. Amma hesab edirik ki, bu, yalnız iz azdırmaq ola bilər. Çünki hazırda İrana belə bir təxribat lazım deyil.

Nəzərə alaq ki, son günlər Azərbaycan-İran münasibətlərində soyuqluq yoxdur, əksinə müsbət dinamika müşahidə edilməkdədir. Bu baxımdan İran İslam Məşvərət Şurasının sədri, ölkənin ali dini rəhbəri Əli Xameneyiyə yaxın şəxslərdən sayılan Məhəmməd Bağır Qalibafın başçılıq etdiyi nümayəndə heyətinin paytaxtımıza səfərini vurğulaya bilərik. Qalibaf Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib ki, ölkəsi üçün regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində Azərbaycanla ortaq maraqlara maliklik xüsusi əhəmiyyət daşımaqdadır. Deməli, kiberhücumları gerçəkləşdirənlər bir yandan iz azdırmaq istəyiblərsə, digər tərəfdən Bakı–Tehran münasibətlərinin hazırkı fazasına xələl gətirməyə cəhd göstəriblər. Hər halda, belə deyə bilərik. Amma...

***

Azərbaycanın informasiya məkanına hücum baxımından ikinci üzərində dayanılmalı tərəf Ermənistandır. Heç şübhəsiz, Ermənistan istəyər ki, ölkəmizin aparıcı media orqanlarının işini pozsun. Amma onun belə bir imkanları nə dərəcədə var? Üstəlik, hazırda Ermənistan o vəziyyətdədirmi ki, kiber hücum gerçəkləşdirməyə vaxt sərf etsin? Onun indiki situasiyada bu əməli etməklə konkret uduşu nə olacaq? Ağla elə bir şey gəlmir. Həm də ona görə ki, Ermənistan bu cür üsullarla özünün onsuz pis olan vəziyyətini bir qədər də ağırlaşdırmaq istəməz. Ən azı ona görə ki, ölkədə Azərbaycanın əks addımlarının mümkünlüyü ehtimalı üzərində dayanılır.

***

Gələk, Rusiya amili üzərinə. Əlbəttə, ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin bu ölkənin səmasında vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi soyuqluq müşahidə olunmaqdadır. Rusiyanın bəzi media orqanlarının təyyarə olayı ilə bağlı hər cür oyunlara əl atdıqlarını görmüşük.

Bir ölkənin xarici işlər naziri AZAL-ın təyyarəsinə dair reallıqları qəsdən təhrif etməyə çalışırsa, deməli, həmin ölkənin media orqanlarının da eyni yolda getməsi mümkündür.

Üstəlik, “Sputnik Azərbaycan”ın fəaliyyətinin dayandırılması. Nəzərə alsaq ki, kiberhücumlara məruz qalmış media orqanlarımızda dini zəminli materiallar yerləşdirilib, Rusiyanın kiber industriyasının “biz gedirik, qalın İranla baş-başa” şəklində mesaj verməsi mümkündür. Onu da nəzərə alaq ki, şimal qonşumuzun belə bir imkanları var. Amma buna da inanmırıq,
axı, biz müttəfiqik...

Nəhayət Fransa. Ermənistanın Azərbaycana qarşı kiber hücum reallaşdırmaq potensialında olmadığını bildirdik. Ancaq ölkənin başlıca havadarı olan Fransada belə bir potensial var, özü də necə lazımdırsa. Üstəlik, Parisin Bakı ilə ədavətinə yalnız Ermənistan amili hakim kəsilməyib. Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinin ifşasında əsas rolu oynamaqdadır.

Tam qətiyyətlə söyləyə bilərik ki, ölkəmiz Fransaya rahatlıq vermir. Əslində, buna rahatlıq verməmək demək də yerinə düşmür. Çünki Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizə aparır, daha doğrusu, fransız neokolonializminə zərbə vurmaq kimi bəşəri missiya yerinə yetirir.

Ölkəmiz bütün vasitələrlə Fransanın dənizaşırı ərazilərini dəstəkləyir. Prezident İlham Əliyev mövcud istiqamətdə qətiyyətli mövqe ortaya qoyur. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara gücü çatdığı qədər dəstək verəcək. O vaxtadək ki, həmin ərazilər öz azadlığına qovuşsunlar. Deməli, Azərbaycanın informasiya məkanına hücumda başlıca şübhəli tərəf Fransadır. Onu da nəzərə alaq ki, ölkəmiz Fransanın casus şəbəkəsinin ifşası baxımından da mühüm nailiyyətlər əldə edib və bütün bunlar ölkə Prezidenti Emmanuel Makron və komandasını qəzəbləndirir.

***

Əlbəttə, media orqanlarımıza kiber hücumları hansı tərəfin və necə həyata keçirməsindən asılı olmayaraq, belə hallar ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir. Həm də ona görə təhdiddir ki, adlarını çəkdiyimiz media orqanlarına hücumlar eyni anda və eyni üsulla həyata keçirilib. Bu isə işin koordinasiyalı və məqsədyönlü olduğunu göstərir.

Bir daha bildirək ki, media orqanlarımızın elektron resusrlarına yerləşdirilmiş mesajlar hücumun mənbəyini müəyyən etmək üçün əsas ola bilməz. Burada sistemli fəaliyyətə və araşdırmalara ehtiyac var. Həmçinin müasir yanaşmalar ümumən kibertəhlükəsizliyə daha ciddi diqqətin ayrılmasını zərurətə çevirir. Bu sahəyə əsaslı investisiyalar yatırılmalı və daha peşəkar mütəxəssislər cəlb olunmadır. Əminik ki, mövcud istiqamətdə müvafiq səmərəli addımlar atan Azərbaycanın müvafiq qurumları bildirdiklərimizi düşünür və mümkün təhlükələrdən daha etibarlı sığorta sistemi quracaq, təhdidlərin qarşısını alacaqlar.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see242

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see230

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see192

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see191

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see190

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see187

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see182

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see180

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see178

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see178

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri