Icma.az
close
up
RU
“Azərbaycana qarşı kampaniyanın qarşısı alınmalıdır”

“Azərbaycana qarşı kampaniyanın qarşısı alınmalıdır”

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan cəmiyyətinin Türkiyəyə, türklüyə və qardaşlığa olan sonsuz sevgisindən sui-istifadə edilir, bu hisslərdən təsir vasitəsi kimi yararlanmağa çalışılır. Ən qorxulusu da budur ki, Türkiyə cəmiyyətinə yanlış şəkildə Azərbaycanın Türkiyənin maraqlarını qorumadığı fikri təlqin olunur. Məhz bu baxımdan adekvat dövlət reaksiyasının gecikməsi bizi ciddi narahat etməlidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Zaur İbrahimli deyib:

“Türkiyə siyasi elitasının nüfuzlu təmsilçiləri tez bir zamanda bunun fərqinə vardılar və bir çox dövlət xadimləri qətiyyətli mövqe nümayiş etdirdilər. Azərbaycana qarşı yönələn təxribatları sərt şəkildə qınadılar, qardaşlıq və strateji müttəfiqlik prinsiplərini müdafiə etdilər. Onların bu yanaşması dövlət ağlını və tarixi məsuliyyəti nümayiş etdirdi. Xüsusən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının açıqlamaları kifayət qədər tutarlı cavab oldu.

Eyni zamanda Azərbaycana qarşı bu kampaniya Türkiyənin bir çox təbəqələrində kəskin qınaqla qarşılandı, ziyalılar və ictimai xadimlər Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Bu, ölkələrimiz arasında üfüqi əlaqələrin nə qədər möhkəm olduğunu bir daha hamıya xatırlatdı.

Bu məsələlər strateji ittifaqın digər öhdəliklərini də ön plana çıxarır. Müttəfiqlik münasibətlərinə zərbə vuran, təxribat təşkil edən və yanlış məlumat yayan siyasi şəbəkələrin fəaliyyəti hüquq-mühafizə və kəşfiyyat orqanları tərəfindən hərtərəfli araşdırılmalı, dövlət maraqlarına zidd təşəbbüslərin qarşısı alınmalıdır”.

O qeyd edib ki, dezinformasiya hücumlarının arxasında duran həqiqi vəziyyət iki ölkə arasındakı ölçülə bilən strateji, hərbi və iqtisadi göstəricilərdə əks olunur:

“Şuşa Bəyannaməsinin 4-cü bəndinə əsasən, tərəflərdən birinin suverenliyinə və ya ərazi bütövlüyünə təhdid yarandıqda birgə hərbi məsləhətləşmələr aparılır və qarşılıqlı hərbi yardım göstərilir. Bu müddəa Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini (TSK) vahid təhlükəsizlik çətiri altında birləşdirir.

Azərbaycan Ordusunun tam şəkildə TSK standartlarına və müasir korpus strukturuna keçidi başa çatdırılmaqdadır. Hər il iki ölkə arasında 15-dən çox birgə hərbi təlim (“Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı” və s.) keçirilir.

Azərbaycan Türkiyənin “Baykar” (Bayraktar TB2, Akıncı), “ASELSAN”, “ROKETSAN” və “HAVELSAN” kimi aparıcı müdafiə sənayesi şirkətlərinin ən böyük strateji tərəfdaşlarındandır. Eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarələrinin Türkiyənin dəqiq zərbə sistemləri ilə yenilənməsi (“Laçın” layihəsi) və ortaq istehsal müəssisələrinin yaradılması hərbi ittifaqın dönməz xarakterini sübut edir.

İki ölkə arasında ticarət dövriyyəsi 7,5 milyard dolları keçib, yaxın gələcək üçün hədəf 15 milyard dollar müəyyənləşdirilib. Azərbaycan SOCAR vasitəsilə Türkiyə iqtisadiyyatına 18 milyard dollardan çox sərmayə qoyaraq ölkənin ən böyük xarici sərmayəçilərindən birinə çevrilib. Buna STAR Neft Emalı Zavodu, Petkim və TANAP layihələri daxildir. Eyni qaydada Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa və quruculuq layihələrində təxminən 4 milyard dollarlıq layihə portfeli ilə birinci yerdədir.

Qarşıda daha məsuliyyətli mərhələ gəlir. Zəngəzur dəhlizinin açılması üçün Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidir. Türk Dövlətləri Təşkilatının geosiyasi güc mərkəzinə çevrilməsi üçün daha cəsarətli qərarlar verilməli, Orta dəhlizin daha səmərəli işləməsi üçün uzlaşma artırılmalı, hərbi əməkdaşlıq genişləndirilməli, enerji sahəsində əməkdaşlıq gücləndirilməlidir.

Belə tarixi və həlledici mərhələdə müttəfiqlik münasibətləri şəxsi, ideoloji, korporativ və işgüzar maraqlardan üstün tutulmalıdır”.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri