Icma.az
close
up
RU
Rusiyada Azərbaycana qarşı təbliğat: Kampaniyanın başında bu adam dayanıb

Rusiyada Azərbaycana qarşı təbliğat: Kampaniyanın başında bu adam dayanıb

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“Rusiya imperiyasının mövcud olduğu illərdə yaşamış erməniəsilli rəssam İvan Ayvazovskinin Qarabağa nə aidiyyəti var? Ayvazovski Krımda anadan olub, orada da vəfat edib. Rusiya sülhməramlıları Qarabağda yerləşdikdən bir il sonra, yəni 2021-ci ildə işğal altındakı Xocalıda tələsik “Rusiya Şöhrət xiyabanı” yaratdılar və orada Azərbaycana aidiyyəti olmayan şəxslərin heykəllərini qoydular”.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, rus hərbçiləri orada Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərini yerləşdirmişdilər:

“Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət vermişdi ki, Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoysunlar? Bu, Kremlin təxribatıydı, bununla Bakıya dolayı mesaj vermişdilər ki, bölgədən çıxmayacaqlar. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan və Azərbaycan hakimiyyəti və cəmiyyəti Xankəndi və ətrafını separatçılardan təmizləmək əzmini ortaya qoyduqdan sonra vəziyyət dəyişdi, bölgədə nə rus hərbçiləri, nə də onların büstləri qaldı, yerdə qalanlar da təmizlənmək üzrədir.

Buna baxmayaraq, Kremlin nəzarətindəki media və siyasətçilər İvan Ayvazovskinin büstünün götürülməsi ətrafında haray-həşir salıblar. Utanmazcasına, bunu “vandalizm” adlandırırlar. İcazəsiz heykəl qoyduqları bəs deyil, hələ bizə qarşı ittiham irəli sürürlər”.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycana qarşı qara təbliğatın başında yenə rusiyalı deputat Konstantin Zatulin dayanır, ümumi xora digərləri də qoşulub:

“Rusiyadakı şovinistlər Azərbaycan əleyhinə yaydıqları xəbərlərdə Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələrin həvalə olunması barədə imzaladığı fərmana da siyasi don geyindirməyə çalışıblar. Hər bir dövlətin öz dilini təkmilləşdirmək hüququ var. Rusiyanın imperiya siyasəti bunu qəbul etmək istəmir.

İlham Əliyevin imzaladığı fərmana əsasən, nazirliyin vəzifələri sırasına müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək və Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliği işini həyata keçirmək daxil edilib. Önəmli olan Mədəniyyət Nazirliyinin imzalanan fərmanı yerinə yetirməsini təmin etməsidir.

Hazırda rus şovinizmi ilə mübarizədəyik, geriyə yol yoxdur, Azərbaycan dilinin ölkə ərazisinin hər yerində tətbiqinə nail olmalıyıq”./teleqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see431

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see117

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see116

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri