Icma.az
close
up
RU
Azərbaycana qarşı məkr erməni lobbisi Trampa “xod” axtarır

Azərbaycana qarşı məkr erməni lobbisi Trampa “xod” axtarır

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konqresdəki “erməni qrupu” Rubioya məktub göndərərək Bakıya sanksiyaların tətbiqinə çağırıblar; ekspert baş nazirin Vaşinqton səfərini və bu cəhdləri növbəti fiasko sayır

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə ABŞ-a etdiyi səfər güddüyü hədəflər baxımından fiasko sayıla bilər. Əsas da o səbəbə ki, Nikol Bayden hökumətinin ermənipərəst kursunu davam etdirə biləcəyi ilə bağlı Tramp administrasiyasından heç bir zəmanət ala bilmədi. Rəsmi şəxslərdən isə yalnız vitse-prezident Ceyms Vens Paşinyanla 5-6 dəqiqəliyinə görüşüb. Bu müddətdə də ciddi mövzuların müzakirəsi istisnadır.

Məsələ ondadır ki, ABŞ-da vitse-prezident postu siyasi iyerarxiyada o qədər də nüfuzlu sayılmır. Ermənistanın baş naziri isə ABŞ-ın qərar qəbul edən şəxslərdən heç biri ilə - prezident Tramp, müdafiə naziri və prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşməyib. ABŞ-ın xarici siyasətini isə məhz bu rəsmilər müəyyən edir.

Bu arada ABŞ Konqresində “erməni qrupu”un həmsədrləri - Nümayəndələr Palatasının üzvləri Frenk Pallon, Qus Bilirakis, Bred Şerman və Devid Valladao dövlət katibi Marko Rubioya məktub göndərərək Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağırıblar. Məktubda Tramp administrasiyasından Ermənistana dəstəyi davam etdirmək, hərbi və müdafiə yardımını artırmaq və İrəvanı pilotsuz döyüş maşınları ilə mübarizə aparmaq üçün avadanlıqla təmin etmək xahiş olunur.

Bundan əvvəl də həmin lobbistlər dəfələrlə Ağ Evə və Dövlət Departamentinə məktublar göndərərək, Bakıya qarşı sanksiyaların tətbiqini tələb edib və müxtəlif qanunvericilik təşəbbüsləri irəli sürüblər. Ancaq hazırkı müraciət Trampın ikinci prezidentliyi dönəmində Azərbaycanı gözdən salmaq üçün ilk rəsmi müraciətidir. Təsiri olacaqmı?

“Ermənistan davası” təşkilatının Vaşinqtondakı ofisinin mətbuat katibi Yeqhisabet Çuljiyan isə deyib ki, ABŞ prezidentinin xarici yardımın dondurulması ilə bağlı fərmanını Azərbaycana münasibətdə çox müsbət qiymətləndirirlər: “Belə ki, həmin ölkənin hökuməti həmişə ABŞ yardımından öz iradəsinin əksinə istifadə edib”.

Erməni diasporu rəsmisinin sözlərinə görə, Azərbaycana yardıma yenidən baxılacağına sevinsələr də, bəzi məsələlərdən əmin deyillər. “Lakin əmin olmaq istərdik ki, bu, həm də Azərbaycana hərbi yardımın dayandırılmasına səbəb olacaq”.

Çuljiyan bildirib ki, Amerikadakı erməni diasporu Azərbaycana qarşı sanksiyaların tətbiqi istiqamətində də iş görür. “Biz həmçinin Qarabağda həyata keçirilən soyqırım hərəkətlərinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqi üzərində işləyirik. Lakin bunun nəticələrinin olub-olmayacağı barədə indidən nəsə demək mümkün deyil. Tramp hələ yeni dövlət başına keçib”, - erməni fəalı sayıqlayıb.

Rəsmi Bakı isə Ağ Evin yeni rəhbərliyi ilə münasibətlərə ümidlə baxır. Prezident yeni hakimiyyət dövründə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını gözləyir. Tramp erməni diasporunu və satqın konqresmenləri eşidərmi, əgər Paşinyanın son ABŞ səfərinə o, faktiki “sıfır” diqqət ayırıbsa?

Xatırladaq ki, hətta Bayden kimi ermənipərəst prezident dövründə belə bu çağırışlar Konqresdə nəticə verməyib. Elə isə erməni diasporu niyə Trampa ümidlidir?

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, hazırda prezident Trampın hərəkətlərini dəyərləndirmək çətindir: “Qeyri-standart gedişləri, anlaşılmaz qərarları ilə müəmmalı məqamları coxaldır. Bununla belə, ermənilərin ənənəvi xislətlərindən, ölkəmizə və xalqımıza qarşı təxribatlardan əl çəkmədikləri görünür. Halbuki baş nazir Nikol Paşinyan bütün dünyanı inandırmağa calışır ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır, lakin Azərbaycan buna adekvat reaksiya vermir. Göründüyü kimi, ermənilər üzdə bir cür, altda isə tamamilə fərqli siyasət aparırlar”.

M.Rəhimli söylədi ki, hazırda ABŞ Nümayəndələr Palatasının üzvlərinin müraciətini iki səbəbə görə də heçə saymaq doğru olmazdı: “Birincisi, Azərbaycanın bu aralar Qərblə münasibətlərində gərginlik yaşanır. Xüsusilə Avropa ilə ortada anlaşılmazlıq var. Bu da Nümayəndələr Palatasının üzvlərinin müraciətinin təsirini artırar. İkincisi, ABŞ-ın yeni hakimiyyətinin mövqeyi kifayət qədər anlaşılmazdı və əlimizdə qarantiya olacaq bir tutarlı səbəb yoxdur. Üstəlik, Paşinyan səfəri cərcivəsində ABŞ vitse-prezidenti və dövlət katibi ilə görüşlər keçirib. Yəqin ki, Ermənistan haqqında müəyyən yanlış təsəvvürləri formalaşdıra bilib. Onu da nəzərdən qacırmaq olmaz ki, bu müraciət məhz Paşinyanın səfərindən və gorüslərindən sonra meydana çıxıb. Bu da bizə ehtiyatlı olmağın vacibliyini göstərir. Bütün bunlara rəğmən müraciətdə yer alan tələblərin yerinə yetiriləcəyi ehtimalı azdır. Lakin ən azı bizim ləğv ediləcəyinə ümid etdiyimiz 907-ci düzəliş qüvvəsində saxlanılacaq. Ola bilər ki, Birləşmiş Ştatların Ermənistanla müqayisədə ölkəmizə qarşı daha soyuq münasibəti ayrı-ayrı epizodlarda üzə çıxsın. Ölkəmizə qarşı bir təzyiq alətinin işlək vəziyyətə gətirildiyini də unutmamalıyıq. Ona görə də rəsmi səviyyədə bu prosesin diqqətdə saxlanılmasına və mümkün qədər neytrallaşdırılmasına yönəlik addımlara ehtiyac var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see364

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see282

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see186

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see150

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see141

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see139

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see136

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see131

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see130

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see129

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see124

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see124

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see123

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri