Icma.az
close
up
RU
Konqresmenlər Trampa qarşı Erməni lobbisi sülh prosesini hədəfə alıb

Konqresmenlər Trampa qarşı Erməni lobbisi sülh prosesini hədəfə alıb

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir.

Birləşmiş Ştatların erməni lobbisi növbəti dəfə yemlədikləri konqresmenləri Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün səfərbər edib. İddialara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evin mövqeyinə zidd çıxaraq Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar.

Hər iki palatadan olan konqresmenlərin imzaladığı sənəd Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələrini heçə endirməyə yönəlib. Görünən odur ki, erməni lobbisini həm Azərbaycan, həm də Ermənistanın Əbu-Dabi danışıqlarından razılıqla ayrılması və bundan sonra tərəflərin vasitəçiyə ehtiyacı olmadığını deməsi narahat edib.

Müraciətə imza atanların adlarına nəzər salaq - Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon. Bu adların hər biri Azərbaycana və Türkiyəyə yaxşı tanışdır. Erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gediblər. Əgər Azərbaycan torpaqlarının işğalı illərində Ermənistana dəstək nümayiş etdirirdilərsə, indi fərqli mövqedədirlər. Ermənistan hakimiyyətinin bölgədə sülh təşəbbüslərinə belə qarşıdırlar.

Azərbaycana qarşı antipatiyasını heç vaxt gizlətməyən, ölkəmizi bütün ağlasığmaz günahlarda ittiham etməyi sevən Pallone, gizli deyil ki, erməni lobbisindən maliyyələşir. Pallone ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü kimi tanınır. O, COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ölkəmizə böhtanlar atmağa çalışması ilə yadda qalmışdı. Bu şəxs onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.

Bəs Ermənistan və ABŞ rəhbərliyi belə Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasına çalışdıqları halda, adıçəkilən konqresmenlər nədən bu siyasətə qarşı çıxsınlar? Yada salaq ki, 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edənlər də məhz bu konqresmenlər və onlara bənzərlər olub. Onlar o vaxt da Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə qanlı müharibəyə rəvac vermişdilər. Bu gün də eyni qüvvələr münaqişənin bərpası və sülhə imkan verilməməsi üçün çalışırlar.

Ermənistanla Azərbaycanın sülh prosesinə, bölgədə əmin-amanlığa qarşı çıxan əsas iki qüvvə - erməni lobbisi və erməni kilsəsi olub. Məhz baş nazir Nikol Paşinyan da bu qüvvələrə qarşı total müharibəni bu səbəbdən başlayıb. Hər ikisini də zərərsizləşdirmək üçün hücuma keçib. Erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstək verib. Bunu da ilk başa düşən Paşinyan olub və o, xalqını bu həqiqəti başa düşməyə hazırlayır.

Digər bir məsələ, erməni lobbisi üçün indiki ABŞ Prezidenti Donald Tramp ən ciddi təhlükə kimi görülür. Xəbər verildiyi kimi, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşıb. Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirib.

Prezident II Şuşa Qlobal Media Forumunda Donald Tramp haqqında çox müsbət fikirlər səsləndirmişdi və bu münasibət Azərbaycanın ABŞ ilə tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Yeri gəlmişkən, Tramp da ilk dəfə idi ki, Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını sosial şəbəkədə paylaşırdı ki, bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Eyni zamanda, bu, Azərbaycan Prezidentinin Xankəndidən verdiyi doğru mesajların ünvanına çatması deməkdir. ABŞ Prezidenti ilk prezidentliyi dövründə də Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşma sərgiləyib, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın öz ərazilərini azad etməsinə qarşı çıxmayıb. Bu da erməni lobbisinin narazılığına səbəb olub.

Beləliklə, erməniprəsət konqresmenlərin bəyanatı, ilk növbədə, Prezident Trampın Cənubi Qafqazda sülhə töhfə vermək planlarına təhdiddir. Hədəf isə bəllidir - yenidən münaqişəni alovlandırmaq, Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaq. Eyni zamanda, bu mövzunu ortalığa atmaqla həm Trampın, həm Respublikaçıların mövqelərinin zəiflədilməsi hədəf götürülüb.

Heç şübhə yoxdur ki, konqresmenlərin bu müraciətinin arxasında əsas bir məsələ var. Bəllidir ki, Tramp korrupsioner konqresmenləri həbsə atmaqda israrlıdır. Onların müraciəti həm də qorxudan irəli gəlir. Hazırda Kaliforniyadan olan məşhur senator Adam Şiffin həbsi gündəmdədir. "Truth Social" sosial şəbəkəsindəki paylaşımında Ağ Ev rəhbəri yazıb ki, "hiyləgər Adam Şiff fırıldaqçıdır. İndi öyrənirəm ki, Fanni Meyin maliyyə cinayətləri şöbəsi Adam Şiffin daimi olaraq ipoteka fırıldaqçılığı ilə məşğul olduğu qənaətinə gəlib. Adam Şiff daha ucuz ipoteka əldə etmək və ABŞ-ni soymaq üçün əsas yaşayış yerinin Merilenddə olduğunu söyləyib, halbuki o, Kaliforniya konqresmeni olduğu üçün Kaliforniyada yaşamalı idi".

Şiffdən hələ rəsmi reaksiya gəlməyib, lakin maliyyə cinayətləri şöbəsinin məlumatları ilə dəstəklənən belə konkret ittihamın özü bu siyasətçinin fəaliyyətinin, yumşaq desək, qeyri-şəffaflığı ilə bağlı uzunmüddətli şübhələri gücləndirir.

Burada Adam Şiffin kim olduğunu xatırlatmaq yerinə düşər. O, Ermənistanın və artıq tarixə qovuşmuş Qarabağdakı separatçı rejimin maraqlarının uzunmüddətli və sadiq lobbiçisidir. Çoxillik karyerası ərzində Şiff ardıcıl olaraq antiazərbaycanyönümlü düşmən təşəbbüslərlə çıxış edib və müntəzəm olaraq erməni diasporuna yaxınlığını nümayiş etdirib.

Xüsusilə, Şiff "Artsax"ın qondarma müstəqilliyini tanıyan və Azərbaycana təzyiq göstərilməsini tələb edən qətnamələr irəli sürüb. Bundan əlavə, o, ABŞ administrasiyasını Azərbaycanı "təcavüzdə" ittiham edərək Bakıya qarşı sanksiya və diplomatik siyasətin sərtləşdirilməsinə çağırıb. Lakin tarix göstərir ki, məhz sinik və yalançılar ənənəvi olaraq ölkəmizin təqibçiləri rolunda çıxış edirlər.

Adam Şiff erməni lobbisi ilə sıx əlaqəli olan və eyni zamanda, cinayət işlərinə qarışan amerikalı siyasətçilər arasında yeganə deyil. Buna parlaq nümunə ABŞ Senatının beynəlxalq məsələlər komitəsinə rəhbərlik edən və Vaşinqtonda ermənilərin ən fəal müttəfiqlərindən biri olan Robert (Bob) Menendesdir. Maraqlıdır ki, erməni lobbi strukturları Menendesin hərəkətlərini heç vaxt pisləməyib, baxmayaraq ki, söhbət federal səviyyədə korrupsiyadan gedirdi. Əksinə, erməni mətbuatı onu erməni xalqının dostu kimi təqdim etməyə davam edib.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri