Icma.az
close
up
RU
Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ

Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli forması ilə bağlı  Nazirlər Kabinetinin müvafiq qərarının tətbiqindən istifadə edən bəzi xarici mərkəzlər məsələyə siyasi rəng verməyə və dini-ideoloji zəmində təxribat törətməyə çalışırlar.

Son günlər Azərbaycanda hicabın qadağan edilməsi, baş örtüsündən istifadə edən şagirdlərin və müəllimlərin guya təzyiqə məruz qalmasına dair feyk təbliğat aparılır.

Bu təxribatçı qüvvələr Azərbaycanda sabitliyi pozmaq, inanclı insanlarla dövlət arasında qarşıdurma yaratmaq məqsədilə sistemli şəkildə informasiya müharibəsinə başlayıb. Azərbaycançılığa qarşı hücum kampaniyasının arxasında isə İran rejimi və onların digər ölkələrdəki əlaltıları dayanır.

İrandan, Türkiyədən hicabın müdafiəsi adı altında Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparılır. Bütün bunlar isə Azərbaycanın daxilıi işlərinə kobud müdaxilədir. Halbuki, Azərbaycanda mövcud olan dini tolerantlıq adları çəkilən ölkələrin heç birində yoxdur.

İnsanları məzhəb ayrıseçkiliyinə görə edam edən İran Azərbaycana qarşı dövlət-din münasibətlərinin necə müəyyən edilməsini diqtə edə bilməz. Azərbaycanın İstanbuldakı Baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçirən “Özgür-Der” Fondu özünü söz azadlığının və təhsil hüququnun müdafiəsi ilə məşğul olan dərnək kimi təqdim edir.

Əgər belədirsə, o zaman bu qurum nə üçün İranda yaşayan 35 milyondan artıq Güney Azərbaycan türkünün ana dilində təhsil almaq hüququndan məhrum edilməsi problemini gündəmə gətirmir?

Çünki “Özgür-Der”in Türkiyədə radikal dini baxışları ilə tanınan rəhbəri Rıdvan Kaya “Hizb ut-Təhrir” terror təşkilatına və “Hizbullah”a bağlı adamdır. Bütün bunlar onun İran rejiminin sifarişi ilə hərəkət etdiyini göstərir. Oktyabrın 12-də Bakıdakı orta məktəblərin birinin qarşısında “İmam Rza gələcək” şüarlarının səsləndirilməsi və azyaşlı uşaqların bu aksiyaya cəlbi təxribatın ideya qaynağının İran olduğunu bir daha təsdiq edir. 

Azərbaycan Şərqdə demokratik, dünyəvi  dövlət quran, qadınların səsvermə hüququnu qanunla tanıyan yeganə dövlətdir. Azərbaycanın dövlət bayrağında islamçılığın rəngi milli və müasirliyin rəmzləri ilə bərabər tutulur. Ona görə də siyasi islama dinin fəlsəfi mahiyyətindən daha çox bağlı olan bəzi Türkiyə rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları yalnız ideoloji təxribat kimi qiymətləndirilə bilər. 

Azərbaycanda milli mənsubiyyətindən, siyasi və sosial statustundan asılı olmayaraq, bütün vətəndaşların dini hüquqları bərabər səviyyədə təmin olunur.

Azərbaycan dini azadlıqlarla bağlı beynəlxalq müqavilələrə qoşulub və ona əməl edir. Azərbaycan qanunverciliyi məhz beynəlxalq hüquqa uyğun formalaşıb. Həm Azərbaycan Konstitusiyasında, həm də “Dini etiqad azadlığa haqqında” Qanunda  hər kəsin etiqad, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ tanınır. 

“Dini etiqad azadlığa haqqında” Qanun dinin məktəbə münasibətini də tənzimləyir. Qeyd edilir ki, dövlət təhsil sistemi dindən ayrıdır. Yəni vahid məktəbli fortmasının tətbiqi zamanı baş örtüsündən istifadə edilməməsi qanunlara uyğundur. Digər hallarda dövlət hər bir şəxsin dini hüquqularını tanıyır və müdafiə edir.

Odur ki, Azərbaycanla bağlı bu qəbildən hansısa ittiham qəbuledilməzdir və reallığa uyğun deyil. Bu, sadəcə bəzi dairələrin Azərbaycana qarşı təxribat xarakterli əməllərinə din donu geyindirmək cəhdidir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri