Icma.az
close
up
RU
Sülhə qarşı “hücum” cəhdi?

Sülhə qarşı “hücum” cəhdi?

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Paşinyandan izahat istəyir

“Köhnə qitə” prosesə müdaxilə imkanlarını araşdırır

Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşün ardından “Avropa turnesi”nə çıxması diqqəti cəlb edib. Siyasi kluarlarda fərqli yozumlarla izah edilən səfərlə bağlı erməni KİV-i maraqlı nüanslar paylaşıb - belə ki, “Hraparak” qəzeti mənbələrə istinadən Paşinyanın Brüsselə təcili səfərini Aİ rəhbərliyinin Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqlarının təfərrüatlarını öyrənmək istəyindən qaynaqlandığını yazıb. Nəşrin yazdığına görə, Paşinyan Vaşinqtonun vasitəçiliyinin, o cümlədən Zəngəzur dəhlizi üzrə əldə olunan razılaşmanın belə tez nəticə verməsinin səbəbini izah etmək üçün Brüsselə çağırılıb.

Şirnikləndirici təklif - 2,5 milyardlıq yardım...

Qəzet iddia edir ki, səfər hətta Mülki Müqavilə partiyasının bir çox üzvləri üçün də gözlənilməz olub - yalnız bir neçə nəfər bundan xəbərdar imiş. Qəzet yazır ki, Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen və Fransa prezidenti Emmanuel Makronla görüşlərdə Rusiyanı nəhayət regiondan sıxışdırıb çıxarmaq üçün proqramı tamamlamağa söz verib. Antonio Kosta və Fon der Leyenin də iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Aİ Ermənistana dezinformasiya və kiber təhdidlərə qarşı təşkilatın yardımlarından istifadə etməyi təklif edib - həmçinin Qlobal Gateway strategiyası çərçivəsində İrəvana dəstəyi 2,5 milyard avroya qədər genişləndirmək planlarını açıqlayıb.

Daha sonra isə Parisə səfər edən Nikol Paşinyan orada Fransa prezidenti Makronla görüşüb. Görüş Parisdə yerləşən Yelisey sarayında baş tutub. Bu barədə məlumatı Paşinyan özünün sosial şəbəkə hesabında yayımladığı görüntülərlə ictimaiyyətə təqdim edib. Tərəflərin hansı məsələləri müzakirə etdiyi barədə geniş məlumat verilməyib.

Aİ ənənəvi ampluasında...

Qeyd edək ki, Paşinyanın səfərləri kontekstində siyasi təhlilçilərin ön plana çıxardıqları əsas sual Brüssel və Paris ziyarətlərinin sülh prosesinə hansı təsirləri göstərə bilməsidir. Burada aparıcı amillər kimi hətta Avropanın sülh prosesinə yeni maneələr yaratması da götürülür. Diqqətə çatdıraq ki, erməni KİV-ləri də yazır ki, Aİ Şurasının keçmiş Prezidenti Şarl Mişelin vasitəçiliyi həyata keçirilən prosesin uğursuzluğu “köhnə qitə”də narahatlıq yaradıb. Yeni situasiyada ikitərəfli təmasların effektivliyi isə bu narahatlığı daha da artırır. Bu baxımdan, səfərin mahiyyətini təhlil edərkən Aİ-nin danışıqlar prosesinin detallarının müəyyənləşməsindən kənarda qalmaq istəməməsi ön plana çıxır - hətta onların yenidən İrəvanın əli ilə danışıqlara qayıtmaq istəyində olması da düşünülür. Səfər zamanı keçirilən görüşlərin detalları da deyilənləri təsdiqləyir. Qərbli siyasətçilər bildirirlər ki, rəsmi Bakı ilə İrəvan arasında baş tutan vasitəçisiz görüşlər konkret nəticələr versə də, Qərb aktorları bu formatı öz maraqları üçün zərərli hesab edir. Parisə edilən səfər isə daha böyük təhlükə yaradır - Paşinyan vasitəsilə prosesi yenidən beynəlmiləlləşdirmək və Fransa kimi açıq ermənipərəst mövqe tutan ölkəyə diplomatik mövqe qazandırmaq cəhdləri burada açıq müşahidə olunur. Bu isə problemin həllinə deyil, yenidən süni şəkildə uzadılmasına xidmət edə bilər. Vaxtilə Brüssel prosesi çərçivəsində də İrəvanı öz orbitində saxlamağa çalışan Paris min bir yolla danışıqlara mane olurdu - nəticədə isə özü prosesdən kənarlaşdırıldı. Gedişat onu göstərir ki, Avropa danşıqları təzyiq altına salmaq üçün yeni manevr planlarını işə salmağa hazırlaşır.

Əbu-Dabi mesajları: yeni geosiyasi platforma

Bunun bir səbəbi də Əbu-Dabi görüşünün nəticələridir. Görüşün nəticələri ilə bağlı verilən açıqlamalarda təmasların davam etdirilməsi və mövqelərin yaxınlaşması ilə bağlı mesajların yer alması çox güman ki, Qərbdə açıq mənfi assosiasiya yaradıb. Çünki Əbu-Dabi prosesi regionun yeni geosiyasi platformasını müəyyənləşdirdi. Bu formatda Azərbaycanın iradəsi ilə aparılan danışıqlar real nəticələrə, konkret və müsbət mesajlara əsaslanır. Mövqelərin yaxınlaşması ilə bağlı verilən açıqlamalar, Ərəb dünyasının vasitəçiliyində əldə edilən konstruktiv dinamika bu baxımdan da Qərbi narahat etməyə bilməz - əgər əvvəllər danışıqlar Aİ-nin vasitəçiliyi ilə aparılırdısa və qurumun prosesdə manevr imanları mövcud idisə, artıq yeni dönəmdə belə deyil. Bu gün tərəflər regional və neytral güc mərkəzlərinin diplomatik səyləri nəticəsində (yalnız ev sahibi olaraq iştirak) keçirilən görüşlərdə prosesi ikitərəfli maraqlar kontekstində dəyərləndirirlər. Qərb üçün bu, həm də öz mövqelərinin zəifləməsi və maraqlarının ikinci plana keçməsi ilə müşayiət olunur. Əbu-Dabi prosesi açıq göstərdi ki, region ölkələrinin iştirakı və qarşılıqlı maraqlara əsaslanan münasibətlər Qərbin birtərəfli yanaşmasından daha uğurlu nəticə verir.

Zəngəzur dəhlizi: Avropa prosesdən kənarda qalmağı həzm edə bilmir

Siyasi ekspertlər Qərbin narahatlığının əsas ünsürü kimi Zəngəzur dəhlizi məsələsini də önə çəkirlər. Bəli, əsas diqqət Zəngəzur dəhlizindədir - regionda gedən prosesləri diqqətdə saxlayan güc mərkəzləri Zəngəzur dəhlizi ilə bağlı prosesdən kənarda dayanmağı (qalmağı) həzm edə bilmir. Çünki post-müharibə dövründə Zəngəzur dəhlizinin təkcə regional deyil, eyni zamanda qlobal aktorların maraq dairəsinə daxil olan bir layihə kimi xarakterizə olunması sirr deyil. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bu dəhliz layihəsi nəqliyyat, logistika, ticarət və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Rusiya, Türkiyə, İran və Çin kimi regionda maraqları olan dövlətlər bu marşrutun açılmasını strateji perspektiv kimi dəyərləndirirlər. Lakin Qərb - xüsusilə də Fransa bu prosesdən kənarda qalmağı qəbul etmir. Onlar bu dəhlizin açılmasının Avrasiya məkanında yeni güc balansı yaradacağından ehtiyatlanır. Zəngəzur dəhlizi layihəsi həm də Ermənistanın blokadadan çıxması üçün real fürsət təqdim edir - Fransa bu məqam üzərindən də təzyiqlərini sərtləşdirir. Paris anlayır ki, Zəngəzur dəhlizi üzərində əldə olunacaq razılıq Ermənistanın birdəfəlik itirilməsi, eyni zamanda Cənubi Qafqaza “giriş biletinin” itirilməsidir. Amma Paşinyanın timsalında Ermənistana göstəriləcək təzyiq ən azından prosesi ləngitmək perçpektivi də olsa yarada bilər.

Dəyişməz mövqe - Ermənistan sülhü imzalamasa...

Amma Azərbaycanın mövqeyi qəti və birmənalıdır - danışıqlar ikitərəfli formatda, vasitəçisiz olaraq davam etdiriləcək. Bunu, prosesin özü də təsdiqləyir. Əldə olunan əsas nəticələrə yalnız ikitərəfli format zamanı imza atılıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülh danışıqları yalnız Azərbaycan və Ermənistan arasında, üçüncü tərəfin müdaxiləsi olmadan, birbaşa təmaslar yolu ilə nəticə verə bilər. Vurğulandığı kimi, son illərdə aparılan proseslər və əldə olunan nəticələr bu yanaşmanın nə qədər səmərəli olduğunu təsdiqləyir. Moskva və Brüssel formatlarında illərlə aparılan görüşlər nəticəsiz qalarkən, yalnız iki ölkənin liderlərinin bilavasitə təması zamanı mühüm irəliləyişlər əldə olunub. Azərbaycanın bu qəti mövqeyi sülhün real əsaslara söykənməsini və dayanıqlı olmasını təmin edir. Vasitəçilərin mövcudluğu çox zaman maraq toqquşmalarına və manipulyasiyalara şərait yaradır ki, bu da prosesin uzanmasına səbəb olur.

Ermənistan isə “papağını qabağına qoyub” bir daha düşünməlidir - İrəvan sülhü imzalamasa, Qərb onun köməyinə çatmayacaq və ya çata bilməyəcək. Ermənistanın indiki siyasi hakimiyyəti real geosiyasi vəziyyəti dərk etmədikcə və qeyri-real xülyalara arxalanmağa davam etdikcə ölkəni yeni təcrid və dalan gözləyir. Azərbaycan artıq regional güc mərkəzi kimi çıxış edir və onun diktə etdiyi sülh şərtləri beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanır. İrəvan bu şərtləri qəbul etmədiyi təqdirdə nə Aİ, nə də ABŞ ona real yardım göstərə bilməyəcək. Paşinyan hökumətinin Qərbə ümid bəsləməsi və oradan hərbi və ya siyasi dəstək gözləməsi tamamilə utopik yanaşmadır. Hətta bu amil, yəni sülhdən yayınma Paşinyanın gələcək siyasi perspektivini də qaranlığa sürükləyir - gələn il baş tutacaq seçkiləri qazanmaq ehtimalı yox dərəcəsinə çatır.

Qərb, xüsusilə Fransa Ermənistanı yalnız geosiyasi oyunların aləti kimi istifadə edir. Azərbaycanın təklif etdiyi sülh isə regionda sabitlik və rifahın bərqərar olmasının yeganə yoludur.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see226

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see223

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see221

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see221

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see217

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see209

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see199

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see198

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see196

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see192

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see187

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see182

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see179

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see177

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see175

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see172

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see166

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see164

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri