Azərbaycana qarşı yeni kampaniya: Dərhal qarşısı alındı
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda gücü və nüfuzu artıb. Bu isə bəzi dairələrin maraqlarına uyğun gəlmir. Bir həqiqət nəzərə alınmalıdır ki, cənubda və şimalda müharibələrin getdiyi bir vaxtda Azərbaycan təhlükəsiz şəraitdə yaşayır və cənab Prezident İlham Əliyev təhlükəsizliyin bizim üçün son dərəcə vacib olduğunu hər dəfə vurğulayır”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, ölkəmizə qarşı təzyiqlər və təhlükələr olsa da, rəsmi Bakı milli maraqlardan əsla geri çəkilmir:
“Azərbaycan müstəqil xarici siyasət yürüdür, öz təbii sərvətlərinə və resurslarına tam nəzarət edir, onlara hakimdir. Bu amil də müəyyən qüvvələri narahat edən əsas məsələlərdən biridir.
Azərbaycanın qələbəsi, sabitliyi və inkişafı, eləcə də bölgədə formalaşdırdığı yeni reallıq əslində bütün regional aktorları təhlükəli tendensiyalardan qoruyur. Bu baxımdan, maraqlarına uyğun olmayan uğurlu addımların qarşısını almaq istəyən bəzi dairələr 5-ci kolon vasitəsilə müxtəlif planlara və təxribatlara əl atırlar. Bu qüvvələr Azərbaycana qarşı davamlı qarayaxma kampaniyası aparır və çirkin addımlar atırlar. Dövlət Təhlükəsizliyi Xidməti isə istənilən kampaniyanın qarşısını uğurla alır.
Şəbnəm Həsənova
Qeyd olunmalıdır ki, Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil xalq–iqtidar birliyidir. Bu birliyi və həmrəyliyi heç kim poza bilməz. Xalqımız baş verənlərin fərqindədir və buna görə də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. İstənilən çirkin kampaniya xalq tərəfindən qəbul edilmir və qəti şəkildə rədd olunur. Kirli kampaniyaların qarşısında xalq özü dayanır.
Bu və ya digər səbəbdən dövlətə və dövlətçiliyə qarşı cinayət törədən şəxslər gec-tez öz layiqli cəzalarını alacaqlar”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 19 Mart 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















