Icma.az
close
up
RU
Azərbaycana qarşı növbəti kampaniya

Azərbaycana qarşı növbəti kampaniya

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyada növbəti dəfə anti-Azərbaycan siyasəti nümayiş etdirilib. 

Bu dəfə də Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov Rusiyada xarici bayraqların istifadəsinin məhdudlaşdırılmasını təklif edib. 

Onun sözlərinə görə, digər dövlətlərin rəsmi simvollarının nümayişi tez-tez diasporlar tərəfindən yerli əhaliyə qarşı özlərini fərqləndirmək və millətlərarası ədavəti qızışdırmaq məqsədilə istifadə olunur: 

“İstənilən şəxs, istənilən yerdə istənilən dövlətin, istər Ukraynanın, istər ABŞ-nin, istərsə də Azərbaycanın bayrağını və ya gerbini asa bilər. Bu, qanunla qadağan olunmayıb. Bu fürsətdən isə Rusiyada yaşayıb, ölkə ilə ortaq birliyi hiss etməyən, əvəzində başqa bir ölkə ilə, onun dəyərləri və məqsədləri ilə həmrəyliyini vurğulayan insanlar istifadə edir”. 

Üstəlik, bu, onun ölkəmiz əleyhinə ilk bəyanatı deyil. Mironov bir müddət əvvəl də azərbaycanlıları hədəf göstərərək Moskvadakı bazarlarda xarici diasporların yoxlanılmasını da təklif etmişdi. 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, xüsusilə ötən ilin dekabr ayında Azərbaycana məxsus sərnişin təyyarəsi vurulandan sonra münasibətlərdəki gərginlik daha da artıb:

“Rusiyada sanki bilərəkdən bəziləri ölkəmizlə münasibətlərini gərgin saxlamağa çalışırlar. Yekaterinburqda azərbaycanlılara qarşı münasibət, miqrantların hərbi xidmətə çağırılması ilə bağlı qərarın verilməsi, Mironovun “Sadovod” və “Food City” bazarlarının təftişə cəlb edilməsi ilə bağlı çağırışları, eləcə də rus mediasında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlərin yayılması onu göstərir ki, Rusiya qonşuları ilə normal münasibət qura bilmir. Görünür, Moskva Ukrayna cəbhəsindəki uğursuzluğunu digər qonşularından çıxarmağa çalışır”. 

Partiya sədri qeyd edib ki, Rusiya hər zaman özünü multikultural bir dövlət kimi təqdim edib: 

“İndi isə Azərbaycan bayrağının Rusiyada qaldırılmasına qarşı çağırışın olması belə, bu ölkənin Azərbaycana qarşı münasibətinin səmimi olmaması ilə bağlıdır. 

Baxmayaraq ki, 2022-ci ilin 22 fevral tarixində Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı Bəyannamə də imzalanıb. Belə çıxır ki, Rusiyanın imzaladığı sənədlərin də onlar üçün bir əhəmiyyəti yoxdur”. Mütəllim Rəhimli hesab edir ki, Azərbaycana qarşı addımlar Rusiyanın imperialist yanaşmalarından doğan nəticədir: 

“Çünki həm Sovet dönəmində, həm də tarix boyu Rusiya həmişə qonşularına yuxarıdan aşağı baxıb. İndi isə Kreml zamanın dəyişdiyini anlamalıdır. Kreml Azərbaycan müstəqil dövlət olduğunu qəbul etməlidir. Qonşu dövlətlərlə bərabər statuslu əməkdaşlığa üstünlük versə, bu, Rusiyada da cəmiyyətdə sabitlik formalaşdırar. 

Kreml unutmamalıdır ki, miqrantlar hesabına Rusiyada bu gün ərzaq təhlükəsizliyi problemi həll olunur. O cümlədən miqrantlar bu ölkənin işçi qüvvəsinin təmin olunmasını həyata keçirir. Bu səbəbdən də miqrantlara yuxarıdan aşağı baxmaq Rusiyanın gələcəyinə bu cür baxmaq deməkdir”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Sergey Mironov Mütəllim Rəhimli Azərbaycan Rusiya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri