Icma.az
close
up
RU
Azərbaycana quru sərhədlərlə daxil olmaq istəyən şəxslər Operativ Qərargaha müraciət etməlidirlər Deputat

Azərbaycana quru sərhədlərlə daxil olmaq istəyən şəxslər Operativ Qərargaha müraciət etməlidirlər Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ötən gün Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, Rusiyada müharibəyə cəlb edilən soydaşlarımızın ölkəyə dönüşünü asanlaşdırıb onların həyatlarını xilas etmələri üçün vətəndaşlarımızın Rusiya ilə quru sərhəddən heç olmasa ölkəyə girişinə icazə verilsin.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, zaman-zaman Rusiyadan qayıtmaq istəyən şəxslər müxtəlif sosial platformalar, qruplar və media vasitəsilə sərhədlərin açılması üçün müraciətlər edirlər:

"Onların əsas istəyi heç olmasa birtərəfli qaydada sərhədin açılması və ölkə ərazisinə giriş imkanının yaradılmasıdır. Bəlli məsələdir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Çünki karantin rejimi ilə bağlı vəziyyəti dəyərləndirmək, quru sərhədlərin bağlı qalmasının vacibliyini müəyyənləşdirmək məhz onların öhdəliyindədir. Qərargah ümumi vəziyyəti nəzərə alaraq karantin rejiminin müddətini uzadır və bu zaman digər aidiyyəti qurumlardan, xüsusən də Səhiyyə Nazirliyindən rəy toplayır".

Millət vəkili əlavə etdi ki, sərhədlərin açılması istiqamətində müəyyən təcrübə də mövcuddur.

"Məsələn, bir müddət Türkiyə ilə sərhəd qısa zaman kəsiyində açılmışdı. Deməli, belə praktikaların tətbiqi mümkündür. Amma sərhədlərin birtərəfli qaydada açılıb-açılmaması yenə də aidiyyəti qurumların dəyərləndirəcəyi məsələdir. İstənilən halda, ölkəyə quru sərhədlərlə daxil olmaq istəyən şəxslər Operativ Qərargaha müraciət etməlidirlər. Onlar müraciətlərində səbəblərini əsaslandırmalıdırlar. Əgər təqdim edilən əsaslandırmalar kifayət qədər güclü olarsa, Operativ Qərargah vəziyyəti dəyərləndirərək daha həssas məsələlərlə bağlı fərqli qərarlar qəbul edə bilər. Lakin hər bir halda bu tip müraciətlərin birbaşa Operativ Qərargaha yönləndirilməsi vacibdir",- deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri