Azərbaycana səfər edən turistlərin sayı 5% ə yaxın azalıb
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azdır.
Gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil edib.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Aprel 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















