Icma.az
close
up
RU
Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ?

Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-avqust aylarında ölkəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % azalıb.

Bu rəqəm, faiz baxımından azalma kiçik görünə bilər, lakin müşahidələr göstərir ki, son illər turizm sahəsində azalan tendensiya davam edir.

Bəs bunun səbəbləri nələrdir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, Azərbaycanda turizm sahəsində rəqabət davamlı olmalıdır. 

Onun sözlərinə görə, bunun üçün ilk növbədə quru sərhədlərinin açılması vacibdir:

“Rəqibimiz olan Gürcüstanda, eləcə də Ermənistanda quru sərhədləri açıq olduğu üçün həmin ölkələrdə turizmin inkişafı yüksələn xətlə davam edir. Bu da istər-istəməz onların bizdən öndə olmasına gətirib çıxarır. Diqqət edilməli digər mühüm məsələlərdən biri ölkədə tədbirlərin, xüsusən də konsert və konqreslərin sayının artırılmasıdır.

Əgər məşhur konsertlərin keçirilməsi mütəmadi xarakter alsa, bu, Azərbaycanda eyni zamanda konsert və əyləncə turizminin inkişafına şərait yarada bilər. Nəzərə alsaq ki, qonşu Ermənistanda artıq konsert turizmi müəyyən dərəcədə tətbiq olunur, eləcə də Gürcüstanda”.

Ekspert qeyd edib ki, turizmin inkişafı üçün onun şaxələndirilməsi də vacibdir:

“Düşünürəm ki, yaxın gələcəkdə yaxta turizminin inkişaf etdirilməsi önəmlidir. Çünki turistlər həm yaxta turlarından istifadə etməli, həm də dənizi kəşf etmə imkanına malik olmalıdırlar.

Bunun üçün gəmi turlarının təşkil olunması, rəqabətədavamlı və maraqlı xidmətlərin təklif edilməsi, eləcə də turistlərin gününü əyləncəli keçirməsi mühüm şərtdir.

Ümid edirik ki, gələn ildən etibarən Azərbaycanda daha geniş və şaxəli turizm sektoru formalaşacaq və ölkə bu sahədən böyük qazanc əldə edəcək”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri