Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 milyon manatlıq peyvənd gətiriləcək
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası ilə bağlı Azərbaycana "Hexa vaccine" (6 valentli) vaksini gətiriləcək.
Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi hazırlıqlara başlayıb.
Nazirliyin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi 310 000 ədəd 6 komponentli (GDT acellular, "hib/ipv" vaksini, hepatit B) heksovaksin (heksaksim) sifariş edir.
Mərkəz vaksinlərin satın alınmasına 25.2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Xatırladaq ki, heksaksim uşaqları 6 xəstəlikdən qoruyan kombinə olunmuş peyvənddir. 3 doza şəklində 2, 4 və 6-cı aylarda tətbiq olunur. Daha sonra, 18-ci ayda revaksinasiyada da istifadə olunur.
Bu peyvənd uşaqları difteriya, göyöskürək, tetanus, hepatit B, poliomielit, "haemophilus influenzae" xəstəliklərindən qoruyur. Bu xəstəliklər xüsusən körpə uşaqlarda ağır gedişə malik olduqları üçün zamanında heksaksim peyvəndinin olunması önəmlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 May 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















