Icma.az
close
up
RU
Nəsiminin məzarı Azərbaycana gətiriləcək? AÇIQLAMA

Nəsiminin məzarı Azərbaycana gətiriləcək? AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Yaxın Şərqdə illərdir baş verən vətəndaş müharibəsi Hələb şəhərində Nəsiminin məzarı ilə bağlı azərbaycanlıların narahatlığına da səbəb olurdu. Suriyanın beynəlxalq aləmdən təcridi, eyni zamanda səngiməyən müharibə şairin məzarını ziyarət etməyə heç cür imkan vermirdi. Dekabrın əvvəli Suriyada müxalif qüvvələrin hakimiyyəti ələ alması və Bəşər Əsədin ölkədən qaçması Suriyanın mədəni həyatının da canlanmasına şərait yaratdı. Türk və azərbaycanlı jurnalistlər də Nəsiminin məzarını ziyarət etmək imkanı əldə etdilər. 

İllərdir müharibəyə şahidlik edən, ancaq dağıdılmayan, Hələbdə yaşayan türklər tərəfindən qorunan məzarın ölkəmizə gətirilməsi məsələsinə isə hələ də aydınlıq gətirilməyib.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib ki, Hələbdən Nəsiminin məzarının gətirilməsi ilə bağlı məsələlər zaman-zaman meydana çıxır.

"Desəm ki, Azərbaycan Yazıçılar Birliyində həmin məsələyə həsr olunmuş müzakirə keçirilib, bu yalan olar. Biz də cəmiyyəti maraqlandıran bu məsələ ilə bağlı aramızda zaman-zaman söhbət etmişik. Şəxsən mənim düşüncəm və mənimlə eyni fikirdə olan həmkarlarım belə hesab edirlər ki, bir məzarın, yəni insan nəşinin çıxarılıb başqa yerə aparılması İslam qaydalarına da, insanlığına da ziddir. Çünki məzarın yerləşdiyi yer konkretdir – Hələbdə Nəsiminin məzarı məqbərə içində qorunur".

Publisist onu da bildirib ki, bu cür situasiyalarda insanlar nəşi Azərbaycana gətirilən yazıçıları misal gətirirlər.

"Bu vəziyyətdə Cavid əfəndini misal gətirə bilərlər. Cavidin qəbri adi və baxımsız məzarlıqda idi. Ulu Öndərin də bundan xəbəri olduğu üçün o vaxt tapşırıq verdi və məzar tapılaraq Azərbaycana gətirildi. Yaxud da mən təşəbbüs qaldırmışdım ki, Yusif Vəzir Çəmənzəminlinin qəbri baxımsızdır, məzar su altında qalıb.  Amma Nəsiminin məzarı baxımsız və pis vəziyyətdə deyil". 

Belə bir yanlış düşüncə var ki, dünyanın istənilən yerində vəfat edən azərbaycanlı siyasi, elm və mədəniyyət xadimlərinin məzarı Azərbaycana gətirilsin, amma bu bir növ tarixi dəyişmək olar - deyə Elçin Hüseynbəyli bildirib:

“Nəsimin məzarı haradadırsa, bu o deməkdir ki, orada azərbaycanlının, Azərbaycan türkünün izi var. Mən şəxsən o düşüncədəyəm ki, biz həmin məzarı qorumalıyıq, ora tez-tez səfərlər etməliyik və ona sahib çıxmalıyıq. Zaman dəyişir, nəsillər dəyişir biz onların hamısına Nəsimini öyrətməli, onu tanıtmalıyıq. Nə qədər mübahisə olunsa da, o böyük islam və türk şairidir. Onu xatırlamaq üçün məzarının Bakıya gətirilməsinə ehtiyac yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri