Icma.az
close
up
RU
Azərbaycana və onun enerji resurslarına maraq artır

Azərbaycana və onun enerji resurslarına maraq artır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası günümüzdə özünün yeni-yeni komponentləri ilə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şaxələndirilmiş enerji siyasətimiz təkcə regionumuzda deyil, eləcə də dünyada ciddi maraqla qarşılanır, bizimlə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı gün-gündən artır. Elə bu müsbət tendensiya bu gün Bakıda keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”unun iştirakçılarının sayında da özünü göstərirdi. Qeyd edim ki, sözügedən tədbirdə 30 ölkədən 200-dən çox şirkət təmsil olunurdu ki, bu da həm Azərbaycana, həm də onun enerji resurslarına olan marağın göstəricisi sayıla bilər”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”undan danışarkən səsləndirib. Millət vəkili bildirib ki, ilk dəfə Ümummilli lider Heydər Əliyevin zamanında təşkil edilən neft-qaz sərgisi ötən illər ərzində iqtisadi bir platformaya çevrilərək əhatə dairəsini genişləndirib, özünə yeni-yeni tərəfdaşlar cəlb edib:
“Təbii ki, bu da Heydər Əliyevin neft strategiyası, enerji siyasətinin Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olub. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükısizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənab Prezidentin forumda çıxışı zamanı qeyd etdiyi kimi bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Dövlət başçısı bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik: “Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Millət vəkili deyib ki, dövlət başçısı forumda çıxışı zamanı gələcək hədəflərimizi də diqqətə çatdırıb:
“Cənab prezient forum iştirakçılarının diqqətinə çatdlrıb ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatıb. Ancaq bununla bərabər biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. Cənab İlham Əliyev daha sonra deyib: “İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək”.
İlham Məmmədov onu da vurğulayıb ki, mövcud potensial, qurulan faydalı əmıkdaşlıq və Azərbaycanın malik olduğu enerji resursları qarşıya qoyulan hədəflərə nail olacağımıza əminlik yaradır.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyun 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri