Icma.az
close
up
RU
Azərbaycana maraq artır: Nüfuzlu şirkətlərinin rəhbərləri Prezidentlə görüşə can atırlar

Azərbaycana maraq artır: Nüfuzlu şirkətlərinin rəhbərləri Prezidentlə görüşə can atırlar

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Nyu-Yorkda dünyanın nüfuzlu şirkətlərinin Azərbaycan prezidenti ilə görüşə xüsusi maraq göstərməsi bir daha onu göstərir ki, Azərbaycana dünyada böyük etimad var”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində öz qələbəsini təmin etməsi ölkəmizin nüfuzunu daha da artırıb:

"Dünyanın bir çox nüfuzlu şirkətlərinin rəhbərləri cənab Prezidentlə görüşə can atırlar. Bu şirkətlər sıradan təşkilatlar deyil. Onlar Azərbaycanın gündən-günə inkişafını görərək ölkəmizlə əlaqələri daha da möhkəmləndirməyə, gücləndirməyə çalışırlar”.

Ceyhun Məmmədov: Vətən müharibəsində qələbəmiz ölkəmizin nüfuzunu daha da artırıb

Deputat bildirib ki, bu gün Azərbaycan müxtəlif sahələrdə öz imkanlarını, uğurlarını atrırmaqdadır. Dediyinə görə, innovasiya, logistika sahəsində inkişaf göz önündədir:

“Yeni hava limanları inşa olunur, yeni strukturlar yaradılır, yeni layihələr icra olunur. Yaxın vaxtlarda biz Zəngəzur dəhlizinin açılmasını da görəcəyik. Bütün bunlar ölkəmizi dünyada maraqlı edir. Şübhəsiz, Azərbaycanın potensalı, imkanları getdikcə artmaqdadır. O baxımdan dünyanın aparıcı ölkələri və nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Dövlət başçısının qeyd etdiyi ki, Azərbaycan müxtəlif investsiya layihələrini həyata keçirir. Çin və BƏƏ, ABŞ şirkətləri Azərbaycana investisiya yatırımında istəklidirlər. Bunların hamısı Azərbaycanın daha çox güclənməsinə, möhkəmlənməsinə, inkişafına yönəlib".

Qeyd edək ki, prezident İlham Əliyev ABŞ-yə səfəri çərçivəsində müxtəlif görüşlər keçirir. ABŞ-nin və dünyanın böyük alternativ enerji, rəqəmsal iqtisadiyyat və telekommunikasiya şirkətlərinin rəhbərləri Azərbaycan lideri ilə görüşmək üçün böyük maraq göstərirlər. Dünyanın ən böyük büdcələrə malik şirkətlərin rəhbərlərinin Prezidentlə görüşə xüsusi maraq göstərməsi Azərbaycan liderinin və ölkənin dünya miqyasında nüfuzunun göstəricisidir.

Onu da bildirək ki, Prezident İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.

Dövlət başçısı Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə də görüşüb. Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkə rəhbəri səfər çərçivəsində "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə də görüşüb. Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri