Icma.az
close
up
RU
AzərbaycanAzərbaycan la ticarəti dayandıracaq?

AzərbaycanAzərbaycan la ticarəti dayandıracaq?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ İranla əməkdaşlıq edən bütün ölkələrə 25% tarif tətbiq edəcək. 

ABŞ Prezidenti Donald Tramp bu barədə “TruthSocial” sosial media hesabında bildirib. Onun sözlərinə görə, İranla iş görən istənilən ölkə ABŞ ilə bütün əməliyyatlara 25% tarif ödəyəcək. 

Prezident qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb. 12 yanvarda Ağ Evin mətbuat katibi Kerolin Levitt Trampın Amerika ordusunun gücündən İrana qarşı istifadə etməkdən çəkinməyəcəyini bildirib. 

Azərbaycanın İran ilə iqtisadi əməkdaşlığını nəızəırə alsaq, yeni tarif qərarı olacağı təqdirdə Azərbaycana necə təsir edəcək? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, məsələ rüsumun tətbiq olunma qaydalarından asılıdır. 

Onun sözlərinə görə, hazırda rüsumla bağlı yalnız ümumi elan verilib, lakin tətbiq olunma qaydaları açıqlanmayıb:

“Bu məsələ rüsumun tətbiq olunma qaydalarından asılıdır. Hazırda rüsumla bağlı yalnız elan verilib, amma onun hansı sahələrə şamil olunacağı hələlik açıqlanmayıb. 

Məsələn, bu rüsumun dərmanlara, ərzaq məhsullarına tətbiq olunub-olunmayacağı kimi detallar nəzərə alınmalıdır. Ola bilsin ki, rüsum yalnız neft və neft məhsullarına aid edilsin. Bu məsələnin detalları hələlik ABŞ-nin Ticarət Nazirliyi tərəfindən elan olunmayıb”. 

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi 450-500 milyon dollar civarındadır: 

“Bunun təxminən 90 faizinə biz İrandan mal alırıq, 10 faizində isə İrana mal satırıq. Azərbaycana idxal olunan məhsulların əsas hissəsini ərzaq məhsulları, tikinti materialları və məişət kimyası təşkil edir. 

İndi əsas sual ondan ibarətdir ki, bu rüsum və ya sanksiyalar bütün məhsullara şamil ediləcək, yoxsa konkret istiqamətləri əhatə edəcək? Yaxın günlərdə bu məsələnin detalları açıqlanacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan İran Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri