Icma.az
close
up
RU
Azərbaycanca Norveçcə sözlük yayımlandı

Azərbaycanca Norveçcə sözlük yayımlandı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu günlərdə Norveçdə yaşayan azərbaycanlı alim, Dr. İrəc İsmayılın müəllifi olduğu "Azərbaycanca-norveçcə sözlük” Salman Mümtaz Yayınları tərəfindən nəfis şəkildə nəşr edilib. 

Azərbaycan və Norveç dilləri arasında lüğətçilik sahəsində ilk dəfə hazırlanan bu nəşr iki xalqın dil və mədəni əlaqələrinin inkişafı baxımından olduqca mühüm hadisədir. Sözlükdə 25 mindən artıq söz və söz törəməsinin norveçcə qarşılığı verilmişdir. Lüğət Azərbaycan dilinin leksik imkanlarını norveçdilli oxucuya tanıtmaqla yanaşı, Norveçdə yaşayan azərbaycanlıların gündəlik ünsiyyət, təhsil, tərcümə və dil öyrənmə ehtiyaclarına da cavab verir.

"Azərbaycanca-norveçcə sözlük”, özəlliklə Norveçdəki soydaşlarımızın ana dilinin qorunması və yeni nəslə ötürülməsi baxımından dəyərli mənbədir. Sözlüyün, eyni zamanda, Azərbaycan dili və mədəniyyətinə maraq göstərən norveçlilər, tərcüməçilər, müəllimlər, tələbələr və dilçi ailimlər üçün də faydalı vəsait olacağı şübhə doğurmur.

Dr. İrəc İsmayılın uzun illər ərzində hazırladığı, gərgin əməyin bəhrəsi olan 400 səhifəlik sözlüyün nəşri Azərbaycan türkcəsinin uluslararası arenada tanıdılması, müxtəlif dillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və Azərbaycan–Norveç ədəbi-mədəni əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımdır.

Xatırladaq ki, "Azərbaycanca-norveçcə sözlük” İrəc İsmayılın oxuculara ünvanlanan ilk əsəri deyildir. O, çağdaş Azərbaycan yazıçı və alimlərinin əsərlərinin ingilis dilinə çevrilməsi, redaktə olunması, yayınlanması və təbliği yönündə xeyli işlər görmüşdür. Belə ki, İrəc İsmayılın Vaqif Sultanlı ilı birlikdə hazırladığı "Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani prose, 2012; 2019), "Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s prose, 2014), "Güney Azərbaycan nəsri” (2017) antologiyaları, "Yeni dünya düzəni və Güney Azərbaycan problemi” (2024), "Ana dili – milli varlığın təməli” (2023) adlı elmi araşdırmalar toplusu Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Azərbaycanda yayınlanmışdır.  


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyul 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri