Icma.az
close
up
RU
Azərbaycançılıq ideologiyası multikultural və mənəvi dəyərlər sistemində

Azərbaycançılıq ideologiyası multikultural və mənəvi dəyərlər sistemində

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası(YAP) Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş konfrans keçirilib.Konfransın işində Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov,Milli Məclisin deputatı Azər Badamov,YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov,Vətən müharibəsi qaziləri,ictimaiyyət nümayəndələri,partiya fəalları iştirak ediblər.Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. YAP rayon təşkilatının sədri D.İbramxəlilov giriş nitqi ilə çıxış edərək qeyd edib ki,Azərbaycançılıq ideologiyasının təməlində milli-mənəvi dəyərlər,adət-ənənələr,Vətən sevgisi,dövlətə sədaqət,birgəyaşayış və mədəni müxtəliflik dayanır.Bu ideologiya vətəndaş kimliyinin möhkəmlənməsində,dünya azərbaycanlılarının birlik və bərabərliyinin qorunmasında vacib amillərdəndir.Konfransda çıxış edən İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov milli-mənəvi dəyərlərin sağlam gəncliyin inkişafındakı vacib əhəmiyyətindən danışaraq Prezident,Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğunda sıx birləşən hər bir vətəndaş üçün azərbaycançılıq ideologiyasının milliyyətindən, etnik mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq baza mənbəyi olduğunu söyləyib.Rayon rəhbəri vurğulaylb ki,

Azərbaycanın beynəlxalq siyasi dialoqların, sivilizasiyalararası
mədəniyyətlərin, dinlərin, BMT-nin platformasının geniş müzakirəsinin, dünya və Avropa idman
oyunlarının hər il keçirildiyi möhtəşəm ölkəyə çevrilməsi hər kəsin iştirakı və gözü qarşısında baş verir.O,ölkəmizdə bir neçə gündən sonra keçiriləcək COP 29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsini humanist ideyaların təntənəsi olduğunu vurğulayıb.
Milli məclisin deputatı Azər Badamov milli-mənəvi dəyərlərin dövlət müstəvisində qorunması və inkişafından danışaraq qeyd edib ki,Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova,fəal gənclərdən Lamiyə Abdullayeva,Nurvin Rəhimov bildiriblər ki, Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib
Konfransın işində 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş "Zəfər yolu"filmi və sərgi nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri