Icma.az
close
up
RU
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” BDU da görüş

“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” BDU da görüş

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “İƏT modeli klubu”nun təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” adlı növbəti görüş keçirilib.

BDU-dan AZƏRTAC-a verilən məlumata görə, görüşün budəfəki qonağı Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov olub.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxışında qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin zirvəsi idi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir çox tarixi ilkə imza atıb. O, BDU tələbələrini tariximizi dərindən öyrənməyə, daim dövlətçilik ənənələrini qorumağa, ölkəmizin mənafelərini qorumağa çağırıb.

Daha sonra söz qonağa verilib. XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan xalqının tarixində milli kimlik, dövlətçilik və azərbaycançılıq məfkurəsi anlayışlarını elmi və fəlsəfi kontekstdə təhlil edib, bu məfhumların həm keçmişin tarixi yaddaşına əsaslandığını, həm də müasir sosial və mədəni dəyərlərə aid olduğunu vurğulayıb. O qeyd edib ki, milli məfkurə xalqın mədəni, etnik, sosial, əhatə etdiyi coğrafi şüurun tarixi inkişafı və transformasiyası nəticəsində cəmiyyəti müasir milli kimlik və dövlətçilik ideyası ətrafında birləşdirən ideoloji gücə çevrilir.

Görüş zamanı səfir Elşad İskəndərov tərəfindən Azərbaycanın tarixən sivilizasiyaların qovuşduğu bir məkanda yerləşməsi, xalqımızın həmin sivilizasiyaların dəyərlərindən bəhrələnməsi, eyni zamanda tam fərqli bir etnososial qrup kimi formalaşması vurğulanıb. Qonaq bildirib ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti situativ bir hadisə və ya kənar qüvvələrin siyasi layihəsi olmayıb, orta əsrlərdən etibarən bu torpaqlarda formalaşmış, öz kimliyinə malik etnososial cəmiyyətin tarixin gedişi zamanı yaratdığı və Ağqoyunlu, Qaraqoyunlu, xüsusilə Səfəvilər kimi imperiya dövlətlərinin davamı və dövlətçilik irsinin bərpası üzərində qurulub.

Görüş interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri