Milli maraqlar, dövlətçilik və azərbaycançılıq məfkurəsi
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda vurğuladığı fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, multikulturalizm dəyərlərinə sadiqliyini və milli maraqlara əsaslanan müstəqil siyasətini bir daha nümayiş etdirir.
“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumun 100-dən artıq ölkədən nümayəndələri bir araya gətirməsi Azərbaycanın qlobal dialoq və əməkdaşlıq üçün etibarlı platforma olduğunu təsdiqləyir. Bu mötəbər tədbir ölkəmizin mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqinə, ayrı-seçkiliyə qarşı mübarizəyə və beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfənin bariz nümunəsidir.
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadığı məkan olub. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, multikulturalizm, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərdir. Bu gün həmin ənənələr dövlət siyasətinin mühüm istiqamətinə çevrilərək Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Azərbaycan xalqının birliyi, azərbaycançılıq ideologiyası və milli həmrəylik dövlətimizin gücünün əsas mənbələrindəndir. Ölkəmizin ən çətin dövrlərində, Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə bütün etnik və dini qrupların nümayəndələrinin vahid amal ətrafında birləşməsi bu birliyin sarsılmazlığını nümayiş etdirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntənəsi olub.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn aliliyinin təmin olunması, ikili standartlara qarşı mübarizə və beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin gücləndirilməsi məsələləri xüsusi əhəmiyyət daşıyır. Otuz il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin icra edilməməsi beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemləri üzə çıxarıb. Azərbaycan öz gücü və qətiyyəti ilə ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsinin mümkün olduğunu sübut edib.
Bu gün Azərbaycanın Ermənistana sülh təklif etməsi ölkəmizin gələcəyə yönəlmiş siyasi iradəsini göstərir. Azərbaycan müharibənin davam etdirilməsində deyil, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bununla yanaşı, sülhün möhkəmlənməsi qarşılıqlı etimadın, beynəlxalq öhdəliklərə hörmətin və real siyasi addımların atılmasını tələb edir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi, enerji təhlükəsizliyinə və nəqliyyat bağlantılarına verdiyi töhfələr ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Azərbaycanın gələcəkdə də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial xarici siyasətin nəticəsidir.
Azərbaycan bir daha nümayiş etdirir ki, müxtəlif mədəniyyətlər arasında körpülərin qurulması, qarşılıqlı hörmətin qorunması və dialoqun təşviqi qlobal problemlərin həllində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz milli dəyərlərini qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda davamlı sülhün təmin olunmasına bundan sonra da öz töhfəsini verməyə hazırdır.
Fatma Yıldırım
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Oktyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















