Icma.az
close
up
RU
Azərbaycanda 1 körpədə görülən nadir xəstəlik Nimana Pik nədir?

Azərbaycanda 1 körpədə görülən nadir xəstəlik Nimana Pik nədir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nimana-Pik xəstəliyi nadir rast gəlinən irsi metabolik pozğunluqdur. Bu xəstəlik  təxminən hər 250 min nəfərdən birində müşahidə olunur. Azərbaycanda isə 1 nəfər (8 aylıq uşaq) Nimana-Pik xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

Qaynarinfo xəbər verir ki, xəstəlik hüceyrələrdə yağ və lipidlərin normal metabolizmini pozur, nəticədə qaraciyər, dalaq, ağciyərlər, sümük iliyi və beyin kimi orqanlarda yığılma baş verir. Bu, orqanların normal fəaliyyətini pozur və ağır hallarda həyati təhlükə yaradır.

Nimana-Pik xəstəliyi əsasən üç tipdə təsnif edilir:

•Tip A: Ən çox körpələrdə rast gəlinir. Simptomlar doğulduqdan sonra ilk aylarda ortaya çıxır, xəstəlik sürətlə irəliləyir və əksər hallarda uşaqlar erkən yaşlarda həyatını itirir.

•Tip B: Uşaqlıq dövründə inkişaf edir və Tip A ilə müqayisədə daha yüngül keçir. Bəzi xəstələr yetkinlik yaşına qədər yaşaya bilir.

•Tip C: Daha nadir formadır, yeniyetməlik və erkən yetkinlik dövründə ortaya çıxır və sinir sistemi zədələnmələri ilə müşahidə olunur.

Xəstələyin səbəbləri

Tip A və B, SMPD1 genindəki mutasiyalar nəticəsində yaranır. Bu gen sfingomiyelin adlı yağ maddəsini parçalayan asit sfingomiyelinaz fermentinin istehsalına cavabdehdir. Ferment çatışmazlığı hüceyrələrdə yağ yığılmasına və orqan zədələnməsinə səbəb olur.

Tip C isə NPC1 və NPC2 genlərindəki mutasiyalarla əlaqədardır. Bu mutasiyalar xolesterol və digər lipidlərin hüceyrə daxilində daşınmasını pozur, nəticədə orqanlar zədələnir.


Nimana-Pik-in əlamətləri

•Tip A: Qarında şişkinlik, limfa düyünlərinin böyüməsi, gözdə qırmızı ləkə, qidalanma çətinliyi, refleks və hərəkət zəifliyi, təkrarlanan tənəffüs problemləri.

•Tip B: Qarın şişkinliyi, tənəffüs yolu infeksiyaları, böyümənin ləngiməsi, hərəkət koordinasiyasının zəifləməsi, qaraciyər və dalağın böyüməsi, qanda lipid artımı, trombositlərin azalması.

•Tip C: Qaraciyər və dalağın böyüməsi, hərəkət və yerimədə çətinlik, nitqin pozulması, udma çətinliyi, qıcolmalar, yaddaş və idrak problemləri, göz hərəkətlərinin pozulması, sarılıq, təkrarlanan tənəffüs infeksiyaları.

Xəstələyin ağırlaşmaları

Xəstəlik tez-tez infeksiyalara, görmə və eşitmə pozuntularına, beyin zədələnməsinə, orqan çatışmazlığına və ölüm riskinə səbəb ola bilər.

Nimana-Pik-in müalicəsi

•Tip A: Effektiv müalicə yoxdur, simptomların yüngülləşdirilməsi əsas hədəfdir.

•Tip B: Sümük iliyi transplantasiyası, gen terapiyası və ferment əvəzedici terapiya araşdırılır.

•Tip C: Bəzi xüsusi dərmanlar və fizioterapiya simptomların yavaşlamasına və hərəkət qabiliyyətinin qorunmasına kömək edir.


Xəstəliyin diaqnostikası

Xəstəliyin diaqnostikası üçün qan və dəri analizləri, genetik testlər, MRT və göz müayinəsi, həmçinin doğuşdan əvvəl (prenatal) testlərdən istifadə olunur.

Nimana-Pik xəstəliyi nadir olsa da, irsi və ciddi xarakteri səbəbindən erkən diaqnostika və mütəmadi tibbi nəzarət vacibdir. Müalicə hazırda simptomların idarə olunmasına yönəlib, lakin xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri