Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb Rəsmi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Ötən il Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) sayı təxminən 2 milyon 434 min olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ev təsərrüfatının 44,4%-i və ya 1 milyon 81 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Qeyd edək ki, şəhər yerində evlərin 13,5%-i, kənd yerlərində isə evlərin 82,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında (Abşeron, Xızı rayonları və Sumqayıt şəhəri) qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.
Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda (Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları) qeydə alınıb. Bu iqtisadi rayonda evlərin cəmi 9,3%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Azərbaycanda 1 milyondan çox insana 200 MANAT VERİLƏ BİLƏR
20 Yanvar 2025 09:09
Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər
17 Yanvar 2025 12:21
Bu sevgi rəsmi 1 milyondan çox bəyənildi SƏBƏB
18 Fevral 2025 11:32
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? SİYAHI
14 Aprel 2025 13:17
1 milyondan çox seçici səs verib
29 Yanvar 2025 12:45
Baxış sayı:107
Bu xəbər 01 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















