Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda 11 min bina risk altında: Ekspertlərdən ÇAĞIRIŞ

Azərbaycanda 11 min bina risk altında: Ekspertlərdən ÇAĞIRIŞ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var. Ekspertlər bildirirlər ki, bu binaların sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Şirkətlər qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur". Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.

Son dövrlər daşqın, sel, meşə yanğınları, zəlzələlər, həmçinin bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlərin sayının artması ilə Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortasını yenidən gündəmə gətirib. Məlumdur ki, əslində bu, "İcbari sığorta haqqında" qanunda yer alır, amma tətbiq olunmur. Hətta bir neçə il öncə qanunun tətbiq ediləcəyi, sığorta olunmayanaların cərimələnəcəyi barədə xəbərlər yayılsa da, tətbiq edilmədi.

Maraqlıdır, nə üçün yaşadığımız mənzilləri sığorta etməkdə çətinlik çəkirik? Ümumiyyətlə, bu sahədə problemlər nədir? Yeni konsepsiya bu istiqamətdə nələri dəyişə bilər?

Qanun var, amma...

Sığorta eksperti İlkin Nəcəfov bildirib ki, daşınmaz əmlakın icbari sığortası da qanuna əsasən, icbari qaydada edilməlidir: "Katastrofik risklər dedikdə təbii fəlakətlər, yanğınlar, partlayışlar, ildırım vurması, zəlzələ kimi hadisələr nəzərdə tutulur. Hər bir əmlak - yaşayış, qeyri-yaşayış sahəsi icbari qaydada sığortalanmalıdır. Hazırda sakinlər bunu etməkdə maraqlı deyillər. Çünki cərimə mexanizminin işlək protokolu yoxdur. Bu cərimə mexanizmini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı təyin edilməyib. Qanun var, amma qanunun icrası ilə bağlı cərimə mexanizmi olmadığı üçün əhali də əmlakını sığortalamır".

Qeyri-yaşayış sahələri üzrə əhatə dairəsi 100 faizə yaxındır

Mütəxəssis deyir ki, hazırda əmlaklarını sığortalayanlar daşınmaz əmlakla bağlı notariusda, dövlət orqanlarında əqdlər həyata keçirənlərdir: "Qeyri-yaşayış sahələrində icbari sığorta üzrə bazarın əhatə göstəricisi demək olar ki, 100 faizə yaxındır. Çünki icbari sığortası olmayan qeyri-yaşayış sahələri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən cərimələnir. Amma yaşayış sahələrində bu mexanizm yoxdur. Mərkəzi Bank bununla bağlı iş aparır, müvafiq icra hakimiyyəti orqanının cərimə protokolu hazır olandan sonra bu sığortanın tətbiqi həyata keçiriləcək".

Əvvəlki illərlə müqayisədə 2-3 dəfə azalıb

Əmlak eksperti Elnur Azadov isə deyir ki, iki il öncə bu sahədə maaifləndirmə aparılır, cəmiyyətdə maraq oyanırdı. İndi isə vəziyyət dəyişib: "Ölkədə artıq bir neçə ildir ki, daşınmaz əmlakın icbari sığortası həyata keçirilir, bununla bağlı müvafiq qanunvericilik var. İlk illər bu barədə geniş müzakirələr aparıldı. Hətta sığorta olmadığı halda inzibati məsuliyyətə, cərimələrə cəlb olunma məsələsi də gündəmdə var idi. Bu səbəbdən 2022-2023-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xeyli sığorta müqavilələri bağlanıldı və bu sahədə inkişaf var idi. Lakin 2024-cü ildə proses yenidən səngidi. Vətəndaşlar sanki bunu unutdular. Ona görə də daşınmaz əmlakın icbari sığortası əvvəlki illərlə müqayisədə 2-3 dəfə azaldı".

Sığorta hadisələri az, risklər çox deyil

Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər: "Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq".

Hər hansı bədbəxt hadisə olarsa...

Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var: "Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq".

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri