Icma.az
close
up
RU
Azərbaycanda 11 min bina risk altında: “Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var” KONKRET

Azərbaycanda 11 min bina risk altında: “Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var. Ekspertlər bildirirlər ki, bu binaların sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Şirkətlər qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar.

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

“Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur”. Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.

Son dövrlər daşqın, sel, meşə yanğınları, zəlzələlər, həmçinin bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlərin sayının artması ilə Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortasını yenidən gündəmə gətirib. Məlumdur ki, əslində bu, “İcbari sığorta haqqında” qanunda yer alır, amma tətbiq olunmur. Hətta bir neçə il öncə qanunun tətbiq ediləcəyi, sığorta olunmayanaların cərimələnəcəyi barədə xəbərlər yayılsa da, tətbiq edilmədi.

Maraqlıdır, nə üçün yaşadığımız mənzilləri sığorta etməkdə çətinlik çəkirik? Ümumiyyətlə, bu sahədə problemlər nədir? Yeni konsepsiya bu istiqamətdə nələri dəyişə bilər?

Sığorta eksperti İlkin Nəcəfov bildirib ki, daşınmaz əmlakın icbari sığortası da qanuna əsasən, icbari qaydada edilməlidir:

“Katastrofik risklər dedikdə təbii fəlakətlər, yanğınlar, partlayışlar, ildırım vurması, zəlzələ kimi hadisələr nəzərdə tutulur. Hər bir əmlak – yaşayış, qeyri-yaşayış sahəsi icbari qaydada sığortalanmalıdır. Hazırda sakinlər bunu etməkdə maraqlı deyillər. Çünki cərimə mexanizminin işlək protokolu yoxdur. Bu cərimə mexanizmini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı təyin edilməyib. Qanun var, amma qanunun icrası ilə bağlı cərimə mexanizmi olmadığı üçün əhali də əmlakını sığortalamır”.

Mütəxəssis deyir ki, hazırda əmlaklarını sığortalayanlar daşınmaz əmlakla bağlı notariusda, dövlət orqanlarında əqdlər həyata keçirənlərdir:

“Qeyri-yaşayış sahələrində icbari sığorta üzrə bazarın əhatə göstəricisi demək olar ki, 100 faizə yaxındır. Çünki icbari sığortası olmayan qeyri-yaşayış sahələri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən cərimələnir. Amma yaşayış sahələrində bu mexanizm yoxdur. Mərkəzi Bank bununla bağlı iş aparır, müvafiq icra hakimiyyəti orqanının cərimə protokolu hazır olandan sonra bu sığortanın tətbiqi həyata keçiriləcək”.

Əmlak eksperti Elnur Azadov isə deyir ki, iki il öncə bu sahədə maaifləndirmə aparılır, cəmiyyətdə maraq oyanırdı. İndi isə vəziyyət dəyişib:

“Ölkədə artıq bir neçə ildir ki, daşınmaz əmlakın icbari sığortası həyata keçirilir, bununla bağlı müvafiq qanunvericilik var. İlk illər bu barədə geniş müzakirələr aparıldı. Hətta sığorta olmadığı halda inzibati məsuliyyətə, cərimələrə cəlb olunma məsələsi də gündəmdə var idi. Bu səbəbdən 2022-2023-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xeyli sığorta müqavilələri bağlanıldı və bu sahədə inkişaf var idi. Lakin 2024-cü ildə proses yenidən səngidi. Vətəndaşlar sanki bunu unutdular. Ona görə də daşınmaz əmlakın icbari sığortası əvvəlki illərlə müqayisədə 2-3 dəfə azaldı”.

Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər:

“Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq”.

Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var:

“Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq”.

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see356

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see195

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see187

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see187

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see152

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see150

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see143

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see138

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see138

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see135

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see132

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see129

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see129

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see126

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see125

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri