Icma.az
close
up
RU
Azərbaycanda 180 min sözdən ibarət yeni orfoqrafiya lüğəti hazırlanır

Azərbaycanda 180 min sözdən ibarət yeni orfoqrafiya lüğəti hazırlanır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Azərbaycanda yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində genişmiqyaslı və müasir texnologiyalara əsaslanan işlər aparılır”.

Bu sözləri Modern.az-a filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib. O bildirib ki, bu prosesdə süni intellektin imkanlarından geniş şəkildə istifadə olunur:

“Hazırda əsas diqqət sözlərin bazasının yaradılmasına yönəlib. Bu məqsədlə "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Xalq qəzeti"nin PDF versiyalarından istifadə edilir və oradakı sözlər toplanaraq sistemləşdirilir. Çünki ilkin baza olmadan hər hansı bir lüğətin tərtibindən söhbət gedə bilməz”.

N.Məmmədli əlavə edib ki, toplanan sözlər tezlik lüğətinə əsasən sıralanacaq:

“Hansı sözlərin lüğətdə saxlanılacağı, hansılarının isə çıxarılacağı bu analizə əsaslanaraq müəyyənləşdiriləcək. Hazırda bu işlə 14 nəfərdən ibarət komanda ciddi şəkildə məşğuldur”. 

Professor eyni zamanda qeyd edib ki, bu, adi bir iş deyil və çoxmərhələli, elmi yanaşma tələb edən bir prosesdir:

“Yeni orfoqrafiya lüğətinin hazırlanmasında maşınların rolu xüsusilə böyükdür. Əlifba sırasına salınmadan tutmuş, ilkin çeşidlənməyə qədər bir çox mərhələ avtomatlaşdırılmış şəkildə həyata keçirilir. 
Milli Məclisin sədr müavini Rafael Hüseynovun təqdim etdiyi 900-ə yaxın söz də lüğətdə yer alacaq. Həmin sözlər lüğətin əsas tərkib hissəsində yox, strukturuna dair izahlar bölümündə qeyd ediləcək”.

Həmsöhbətimiz həmçinin bildirib ki, lüğətin quruluşunda da mühüm dəyişikliklərin olması nəzərdə tutulub:

“Əvvəllər lüğətə yalnız məsdər formaları daxil edilirdisə, yeni lüğətdə sözün kök forması da göstəriləcək. Eyni zamanda, keçmiş lüğətlərdə rast gəlinməyən və ya az olan feili sifətlər də yeni variantda yer alacaq. Bu istiqamətdə ciddi elmi axtarışlar aparılıb və bir çox yeni feili sifət formaları müəyyən edilib”.

Professor onu da söyləyib ki, 2013-cü ildə hazırlanmış lüğətdə 110 min söz yer alırdısa, 2021-ci ildə bu rəqəm azalaraq 82 minə düşüb:

“Hazırda isə 520 milyon söz və söz forması emal olunaraq araşdırılıb. İndiki halda onların sırasından 180 min söz seçilib, bunun üzərində işlər aparılır. Bu say gələcəkdə artıb-azala bilər. Amma onu deyə bilərik ki, bu konkret olaraq müasir Azərbaycan dilində işlək olan sözlərə əsaslanır”,- deyə N.Məmmədli bildirib.

Aytac Bəhruzqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri