Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır 180 min SÖZ

Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır 180 min SÖZ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin və dil siyasətimizin inkişaf yoluna işıq salan önəmli tarixdir.

Bu gün münasibətilə Gununsesi.info-ya açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin orfoqrafiya sistemində aparılan yeniliklərdən danışıb.

O qeyd edib ki, 2021-ci ildə nəşr olunan sonuncu Orfoqrafiya lüğətində rəsmi olaraq 90 min söz yer aldığı qeyd olunsa da, lüğət elektron formada təhlil edildikdə orada əslində 82 min söz olduğu müəyyənləşdirildi.

Professorun sözlərinə görə, hazırda Dilçilik İnstitutu bu sahədə yeni yanaşma ilə işləyir. O deyib ki, korpus əsaslı söz bazası formalaşdırılıb və hazırda bu baza təxminən 180 min söz ehtiva edir.

“Dil daim inkişaf edir – sözlər yaranır, mənaları genişlənir, işlənmə tezlikləri dəyişir. Dilimizdə sözlərin sayı azalmır, əksinə, gündən-günə artır. Hazırda tam və zəngin bir orfoqrafiya lüğətinin hazırlanması istiqamətində ilk dəfə olaraq bu qədər sistemli və genişmiqyaslı iş aparılır. Bu iş Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü və razılığı ilə, mənim rəhbərliyim altında həyata keçirilir”.

Professor onu da əlavə edib ki, bütün türkdilli xalqların hamısı yalnız bir korpusda cəmləşir.

“Bu baxımdan Azərbaycan türkdilli xalqlar arasında yeganə ölkə idi ki, dil korpusu yox idi. İndi isə ilk dəfə süni intellektin köməyi ilə orfoqrafiya lüğəti hazırlayırıq. Əvvəllər bu iş kartiçka üsulu ilə aparılırdı – sözlər kartlarda toplanırdı. Bu üsul müasir dövr üçün artıq səmərəsizdir və geri addım sayılır”.

N.Məmmədli qeyd edib ki, hazırda süni intellekt texnologiyalarının tətbiqi ilə müasir və sistemli lüğət hazırlanır.

“Biz artıq ciddi mətbuat orqanlarını – Azərbaycan qəzeti, Xalq qəzeti, 525-ci qəzeti, eləcə də bir sıra ciddi internet saytlarını təhlil etmişik. Bu mənbələrdən ümumilikdə 520 milyon söz və söz forması toplanıb. Bu söz formaları arasında təkrarlar çıxarılır, sözdüzəldici şəkilçilərlə yaradılmış sözlər ayrılır, tezlik analizləri aparılır”.

O, eyni zamanda vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, hər 5 ildən bir yeni orfoqrafiya lüğəti nəşr olunmalıdır.

“Növbəti nəşr isə gələn ilə təsadüf edir. Biz hazırda bu yeni lüğətin hazırlanması üzərində intensiv şəkildə işləyirik və çox güman ki, bu ilin sonunadək işi başa çatdırıb təhvil verəcəyik. Gələn ildən isə lüğətin çapı planlaşdırılır.

Lüğətə daxil ediləcək sözlər xüsusi seçimlə aparılır. Bütün sözləri daxil etmək mümkün deyil. Şübhəli və yeni sözlər tezlik lüğətinə yönləndirilir. Orada onların işlənmə tezliyi araşdırılır, məsələn elə söz var ki, yüzlərlə dəfə işlənib, eləsi də var ki, cəmi 3-5 dəfə istifadə olunub. Biz bu araşdırmalar əsasında sözləri seçirik və yalnız kifayət qədər işlək, eləcə də təsdiqlənmiş olanları lüğətə daxil edirik”.

Nadir Məmmədli həmçinin deyib ki, bununla yanaşı Dilçilik İnstitutunda yeni bir şöbə – Süni İntellekt və Kompüter Dilçiliyi şöbəsi yaradılıb.

“Belə bir struktur heç bir türkdilli xalqda yoxdur. Əslində, bu sahədə dünyada da nadir nümunələr var. Türkdilli xalqlar arasında ilk dəfə olaraq, Azərbaycanda bu istiqamətdə institut daxilində rəsmi bölmə formalaşdırılıb.

İnstitutun “Elmi Araşdırmalar” jurnalının birinci nömrəsində bu barədə geniş məlumat dərc olunacaq. Eyni zamanda, dünyanın 52 ölkəsinə yayılan “Türkologiya” jurnalında da bu proseslə bağlı ətraflı yazı yer alacaq. Ümid edirik ki, digər türkdilli xalqlar da bu təcrübədən yararlanacaq və bu sahədə əməkdaşlıq genişlənəcək”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Avqust 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see198

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see163

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see145

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see131

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri