Icma.az
close
up
RU
Azərbaycanda 2 ci dəfə keçirilən Gənclərin Sosial Media Forumu uğurla başa çatdı Video

Azərbaycanda 2 ci dəfə keçirilən Gənclərin Sosial Media Forumu uğurla başa çatdı Video

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkədə 2-ci dəfə keçirilən Gənclərin Sosial Media Forumu 19 aprel tarixində uğurla baş tutdu.

2024-cü ildə ilk dəfə keçirilərək böyük rəğbət qazanan Gənclərin Sosial Media Forumu bu il daha geniş format və zəngin proqramla yenidən baş tutdu. 19 aprel 2025-ci il tarixində Avropa Azərbaycan Məktəbində keçirilən Forum 800-ə yaxın iştirakçını bir araya gətirərək sosial media, süni intellekt və rəqəmsal yaradıcılıq sahəsində ən aktual məsələləri gündəmə gətirdi.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, forum çərçivəsində peşəkar spikerlər sosial media alqoritmləri, süni intellekt alətləri, marketinq kampaniyaları və dövrün digər aktual mövzuları ilə bağlı öz dəyərli bilik və şəxsi təcrübələrini iştirakçılarla bölüşdülər. Forumda çıxış edən spikerlərdən Sabir Camal, Göktuğ Sarı, Fərid Hacıyev, Nicat Manafov, Cəfər Nəcəfov, Məhəmmədli Hüseynov və Türkiyədən dəvət olunmuş Betül Uslu təqdim etdikləri fərqli və aktual mövzularla auditoriyada böyük maraq oyatdılar.

Forumun layihə rəhbərləri Hacı Qafarov və Osman Məmmədli də çıxış edərək Gənclərin Sosial Media Forumunun yaranma hekayəsini, məqsədini və bu uğurlu təşəbbüsün arxasında çalışan gənc, yaradıcı komandanın əzm və enerjisini iştirakçılarla bölüşdülər. Onların çıxışı forumun əsas dəyərlərini və davamlı inkişaf vizyonunu əks etdirdi.

Tədbirin əsas hissələrindən biri də Azərbaycanın ən reytinqli podkast platformalarından biri olan “Söhbətgah” komandasının təqdim etdiyi xüsusi panel oldu. Tural Yusifov və Əli Xəyyamın iştirakı ilə keçirilən bu paneldə dinamik sual-cavab sessiyaları sayəsində gənclər sahəyə dair birbaşa fikir və tövsiyələr əldə etdilər.

Forum boyunca iştirakçılar üçün yaradılan imkanlar bununla məhdudlaşmadı. Spikerlər öz çıxışları zamanı eksklüziv resurslar və istifadə etdikləri alətlərlə bağlı məlumatlar paylaşaraq gənclərə real tətbiq nümunələri təqdim etdilər. Eyni zamanda tərəfdaş və sponsorların dəstəyi ilə müxtəlif hədiyyələr təqdim olundu, interaktiv aksiyalar keçirildi və tədbir iştirakçılar üçün həm öyrədici, həm də motivasiyaedici bir təcrübəyə çevrildi.

Canlı musiqi fasiləsi isə tədbirə xüsusi rəng qatdı. Xüsusilə Kadir Özalın səhnə performansı zalı enerji ilə doldurdu, iştirakçılar sözün əsl mənasında ritmə qapılaraq musiqi sədaları altında coşqulu anlar yaşadılar. Təşkil olunan nahar fasilələri isə həm də gənclərin bir-biri ilə qeyri-rəsmi ünsiyyət qurması, fikir və ideya paylaşması üçün əla fürsət oldu.

Forumun əsas məqsədi ölkədə sosial media sahəsində savadlılığın artırılması, innovativ məzmun yaradıcılığına dəstək verilməsi, gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və peşəkarlarla əlaqələrin qurulması üçün əlçatan platforma yaratmaq idi.

Gənclər üçün həm fərdi inkişaf, həm də karyera istiqamətində mühüm imkanlar yaradan bu Forumun növbəti illərdə də daha geniş miqyasda davam etdirilməsi planlaşdırılır.

Forumla bağlı əlavə məlumat və gələcək tədbirlərdən xəbərdar olmaq üçün rəsmi səhifələrə keçid edə bilərsiniz:

Vebsayt: https://gsmf.az Instagram: https://www.instagram.com/gsmf2025/ Facebook: https://www.facebook.com/profile.php?id=61556396000253 LinkedIn: https://www.linkedin.com/company/g-ncl-rin-sosial-media-forumu/
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri