Icma.az
close
up
RU
Azərbaycanda Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Azərbaycanda Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak etdi

13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı. 

Forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş. Əliyeva Azercell-in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğuladı. Şirin Əliyeva Azercell-in bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verdi.

Ş. Əliyeva Azercell-in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və  ölkə ərazində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirdi. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılandığı qeyd edildi.  Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğuladı. 

Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olundu. Bildirildi ki, bununla Azercell digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.
Azercell-in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirildi. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulandı, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27% azaltmağa nail olduğu bildirildi. Bundan əlavə, Azercell-in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirildi. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verildi.

Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də  qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer aldı. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşdılar.
Azercell-in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see142

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see135

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see128

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see125

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see123

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see119

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see119

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see118

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see118

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see117

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see117

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see116

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see114

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see114

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see114

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri