Azərbaycanda 2 milyondan çox uşağın cəmi 40 % i bağçaya gedir Zahid Oruc
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Komitənin sədri xatırladıb ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:
"Yeni qanun layihəsində çətin həyat şəraitində olan uşaqların hüquq və mənafeləri qorunur. Həmçinin yeni sənəddə qeyd edilib ki, valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Layihəyə görə, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Yanvar 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















