Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanda “torpaq amnistiyası” verilməlidir Zahid Oruc

Azərbaycanda “torpaq amnistiyası” verilməlidir Zahid Oruc

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda “torpaq amnistiyası”nın verilməsi məqsədəuyğun olar.

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

Onun sözlərinə görə, məhkəməyə daxil olan müraciətlərin sayı göstərir ki, vətəndaşlar çox ciddi problemlərlə üzə-üzə qalıb:

“2011-ci ildə möhtərəm cənab prezident İlham Əliyev tərəfindən Bakı şəhəri icra hakimiyyətində keçirilən müşavirə sözügedən sahədə inqilabi dəyişikliklərə səbəb oldu. 114 minə yaxın şəxs məhz yeni əmlak sahiblərinə çevrilərək ölkəmizin iqtisadi rifah siyasətinə töhfə verdi. Ardınca 2023-cü ilin mayın 1-dən qeyri-yaşayış fondlarının hüquqi aktlarla təminatına dair mühüm qanun qəbul olundu. Qısaca həmin sənədin mahiyyəti ondan ibarət idi ki, dövlət vətəndaşlarla yeni səhifədən başlamağı təklif edirdi. Yəni, bir tərəfdən 40 mindən artıq mülkiyyətçiliyinin hüququ tanınır, digər yandan həmin tarixdən sonra torpaq zəbtləri, qanunsuz tikililər və digər infrastruktura kommunikasiya xətlərinin çəkilməsi hüquqi məsuliyyət doğurur, cinayət təqibinə səbəb olurdu. Göründüyü kimi, belə yanaşma əsaslı idi, çünki sadə əhali arasında “əmlak əfvi” adlanan qərar keçmiş illər ərzində yaranan böyük problemi həll etməyə cəhd idi. Digər tərəfdən, yenilərinin yaranmasının qarşısını, nəhayət, kəsməyə xidmət edəcəkdi. Qərarın yerinə yetirilməsinin sürəti haqda müzakirələr aparmaq olar, lakin minlərlə vətəndaşımızın qanuni mənafelərinin təmin olunması ən böyük sosial siyasət uğurları sırasındadır. Lakin digər tərəfdən, bələdiyyələrin ehtiyat fondları, yaxud onların mülkiyyətində olan ərazilərin dəqiq xəritələrinin bəlli olmaması, o cümlədən, reyestrləşmə sahəsində yer quruluşu layihələri, istifadə növləri, kadastr sənədləri, xüsusilə elektron daşıyıcılarda məlumatların yerlərə köçürülməsi zamanı baş verən kütləvi xətalar ciddi şəkildə dövlət-vətəndaş münasibətlərində problemə yol açıb, məhkəmələrə böyük iş yükü yaradıb və yerinə yetirilməyən çoxsaylı qərarları meydana gətirib. Çıxarış sənədləri ilə reallıq arasında fərqi düzəltmək üçün atılan addımlar vətəndaşlar arasında qarşılıqlı anlaşmalar olmadıqda yeni çəkişmələrə səbəb olur. Təkcə bir rayonda 115 min verilən daşınmaz əmlak aktlarının 80 faizində oxşar problem var. Ona görə də, Əmlak məsələləri Dövlət Xidmətinə parlament və hökumət tərəfindən daha çox dəstək, səlahiyyət və zəruri kömək göstərilməli, birgə komissiya yaradılmalıdır ki, mövcud problemi, nəhayət, köklü həll etmək mümkün olsun”.

Zahid Oruc əlavə edib ki, vətəndaşların qanunu hüquqlarının tanınması daşınmaz əmlakı həm də kredit resursuna çevirir, milyardlarla manat əlavə iqtisadi dəyər yaradır, kölgə iqtisadiyyatını aradan qaldırır, hərbi xidmətə oğul verən ailələrin tamhüquqlu vətəndaş kimi özlərini hiss etmələrinə səbəb olur, kriminal hadisələrin qarşısını alır, korrupsiyanın meydanını daraldır.

“Ona görə də prezidentimizin əfv siyasətini, humanist qərarlarını genişləndirərək, “torpaq amnistiyası”nın verilməsi məqsədəuyğun olar. Yəni, qanunsuz zəbtlərin durdurulması, nəhayət, tam ləğvi üçün zəruri hüquqi baza Azərbaycan dövlətinin yeni mərhələdə siyasətində ən mühüm milli akta çevrilər”, - deyə komitə sədri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri