Icma.az
close
up
RU
Azərbaycanda 31 il əvvəl başlayan proses Əliyevdən vacib gediş

Azərbaycanda 31 il əvvəl başlayan proses Əliyevdən vacib gediş

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq aləmə inteqrasiya önəmli prioritetlərdən biri olub. Rəsmi Bakı bütün dünya ölkələri və beynəlxalq qurumlarla bərabərhüquqlu, ikitərəfli əlaqələr qurmağa üstünlük verir. Şübhəsiz ki, bu inteqrasiya prosesində ümummilli lider Heydər Əliyevin rolu böyükdür. O, müstəqil Azərbaycanın əsasını qoyaraq, yeni dünya nizamında regional və qlobal inteqrasiyanı strateji bir hədəf kimi müəyyən edib. Bu siyasətin ardıcıl tətbiqi nəticəsində ölkəmiz dünya səhnəsində öz mövqeyini möhkəmləndirə bilib. Hazırda Azərbaycan yalnız dünya dövlətləri ilə əməkdaşlıqda iştirak etmir, həm də beynəlxalq səviyyədə qlobal məsələlərin həlli ilə bağlı təşəbbüslər irəli sürür. Ölkəmiz bir sıra regional və beynəlxalq təşkilatlarda sədrlik edir, habelə effektiv fəaliyyəti ilə dünya ölkələrinin hörmətini qazanır.

Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafını necə qiymətləndirilir?

Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra olduqca böyük çətinliklərlə üz-üzə qaldı:

“Həmin zaman ərazi bütövlüyü və suverenliyə edilən davamlı təcavüz, qaçqın və məcburi köçkün problemi, iqtisadi gerilik məsələləri var idi. Bütün bunları həll etməyə çalışmaq əvəzinə, ölkədə hökm sürən vətəndaş müharibəsi və siyasi hərc-mərclik vəziyyəti daha da qəlizləşdirirdi. Belə olan məqamda xalqın tələbi ilə hakimiyyətə ikinci dəfə gələn Heydər Əliyev Azərbaycanın ayağa qalxması üçün qətiyyətli addımlara start verdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” xəttini əsas götürən bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi uzaqgörən siyasət ölkəmizin hədəflərinə bir-bir çatmasında başlanğıc nöqtəsi oldu. Dünya dövlətləri ilə qopuq vəziyyətdə olan münasibətlər dərhal stabilləşdirilməli, region ölkələri ilə münasibətlərdə  yol verilən səhvlər düzəldilməli, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni üfüqlər müəyyənləşdirilməli idi. 1994-cü ilin 20 sentyabr tarixi isə sanki bütün bu hədəflərin açar nöqtəsi oldu.

Azər Badamov

Xarici siyasətdə nə qədər açıq yanaşma ortaya qoyuldusa, daxili siyasət də ardıcıl islahatlarla müşaiyət olundu. Daha önəmli məsələ isə cəmiyyətin fundamental ideoloji prinsiplərə söykənərək idarə olunması idi. Beləliklə də, mərkəzdə “Azərbaycançılıq” məfkurəsi dayanırdı. Başlanan bu yol 2003-cü ilə kimi uğurla davam etdi. Əsas məsələ, həm də çıxılan bu yoldan dönməmək, dəyişən və inkişaf edən dünya ilə ayaqlaşmaq zərurəti idi. Ümummilli lider Heydər Əliyev bu zərurəti aydın gördüyündən özündən sonra ölkəmizi idarə etmək üçün rəhbər yetişdirməyi də bacardı. “Mən ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin nə qədər inam, ümid, etimad dolu olduğu bu gün bir daha sübut olunur. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev, həm Azərbaycan xalqının etimadını doğrultdu, həm də xalq və tarix qarşısında Ulu Öndərimizin müdrikliyini, uzaqgörənliyini bir daha sübut etmiş oldu”.

Deputat qeyd edib ki, İlham Əliyev hakimiyyətinin bütün illərində istənilən çıxış və tezislərini yalnız bir amal uğrunda qururdu:

Həmçinin oxuyun:

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? – Etiraf

“Bu da ərazi bütövlüyü və suverenliyimizin təmin olunması idi. Daxili və xarici siyasətimizin əsas istiqamətləri məhz bu amal uğrunda formalaşdırıldı. Xalqımız bütün dünyada milli birliyin, əzmkarlığın əsas daşıyıcısına çevrildi. 14 fevral 2024-cü ildə dövlət başçısı Milli Məclisdə andiçmə mərasimi zamanı gələcəyə dair olduqca aydın baxış ortaya qoydu. Ölkə rəhbərinin çıxışının əsas sütunlarından biri  Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi inkişafının yeni bir dayaq nöqtəsi olacağı fikri idi. İşğaldan azad edilmiş torpaqlarda icra edilən layihələr bu fikrin reallığa çevrildiyini hər gün sübut edir. Qarabağ və Şərqi Zəngəzur qarış-qarış yenidən qurulur. Bütün dünya görür ki, Azərbaycanın daxili və xarici siyasətdə atdığı addımlar iddialı və praqmatikdir”.

Millət vəkili əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əmədaşlıq Təşkilatı kimi təşkilatlarla Azərbaycan fəal əməkdaşlıq edir:

“Dünya birliyinə və beynəlxalq təşkilatlara inteqrasiyamız sürətlə davam edir, xarici investorlara qarşı açıq qapı siyasəti yürüdülür. Lakin bütün bu açıqlıq bir amil üzərində dayanır ki, bu da bəzi normaları və siyasi qərarları qəbul edərkən milli maraqlardan, əsas milli prioritetlərdən uzaq düşməməkdir. Regional aktorlarla münasibətlər isə prioritet təşkil edir. III Şuşa Qlobal Forumda çıxış edən dövlət başçımız bir daha bildirdi ki, regionda bizi qonşularımızla baş-başa qoymaq cəhdləri nəticəsiz qalacaq. İşğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarına yeni nəfəs bəxş olunur. Vaxtilə Ermənistan tərəfindən darmadağın edilmiş torpaqlarımızda dünyanın ən qabaqcıl texnologiyaları və innovativ yanaşma tətbiq edilir.

Ölkə başçımız bildirir ki, daxildən dövlətimizə qarşı heç bir təhdid yoxdur. Xarici təhdidlər isə sərhədlərdən kənar olur. Bu baxımdan Prezident dövlətimizin suverenliyini zəiflədən daxili və xarici dinamika haqqında düşünməyə çağırır. Bu həssas məsələdə Azərbaycan xalqını sayıq olmağa səsləyir. Bu amil dövlətimizin nüfuzunu, daxili birliyini və iqtisadi tərəfdaşlarına münasibətdə mövqelərini gücləndirmək üçün nəzərdə tutulmuş dövlətin siyasi strategiyalarını və qaydalarını qorumaqdan keçir. Dünya birliyinə inteqrasiya prosesi cəmiyyətimizə, milli kimliyimizə və dövlət-cəmiyyət münasibətlərinə xələl gətirməmək istiqamətində qurulur. İlham Əliyevin də bildirdiyi kimi, “Xarici siyasətimiz istiqamət deyil, forma dəyişdirib”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri