Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

“IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı

“IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 sentyabr, AZƏRTAC

İlk azərbaycanlının “IRONMAN” finişinə çatmasından 10 il, ilk azərbaycanlı qadının bu məsafəni qət etməsindən isə 4 il sonra Azərbaycan ilk dəfə sentyabrın 5-də “IRONMAN 70.3” triatlon yarışına ev sahibliyi edəcək.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, 62 ölkədən idmançının iştirak edəcəyi yarışda iştirakçılar 1,9 kilometrlik üzgüçülük, 90 kilometrlik velosiped və 21,1 kilometrlik qaçış mərhələlərini qət edəcəklər.

“IRONMAN” yarışları artıq dünyada dözümlülüyün ən məşhur və ən çətin sınaqlarından biri kimi tanınır. Tam məsafəni başa vuran idmançılar “dəmir insanlar” adlandırılır. Azərbaycanda isə bu hərəkatın tarixi nisbətən yaxın dövrə təsadüf edir.

10 il əvvəl, 2016-cı ildə Firdovsi Kərimov Fransanın Vişi şəhərində keçirilən tamməsafəli “IRONMAN” yarışını başa vuraraq bu uğura imza atan ilk azərbaycanlı olub. 2022-ci ildə isə Rəbiyyə Orucova tamməsafəli “IRONMAN” yarışını başa vuran ilk azərbaycanlı qadın kimi tarixə düşüb.

İndi ilk azərbaycanlının “IRONMAN” finişinə çatmasından 10 il sonra, ölkəmiz dünyanın məşhur triatlon seriyalarından birinin yarışına ev sahibliyi etməyə hazırlaşır.

Bu nailiyyətlərin arxasında şəxsi hekayələr, illərlə davam edən gərgin məşqlər və Azərbaycan triatlonunun “IRONMAN 70.3” startına qədər keçdiyi uzun yol dayanır.

Maraqlıdır ki, Firdovsi Kərimov 2016-cı ilədək peşəkar idmanla məşğul olmayıb. “IRONMAN” yarışının hazırlığına demək olar ki, sıfırdan başlayan Kərimov üçün turnir həyatının ən unudulmaz günlərindən birinə çevrilib. Aradan on il keçməsinə baxmayaraq, həmin günün təəssüratları hələ də onun yaddaşındadır.

Kərimov üçün yarışda Azərbaycanı təmsil edən yeganə iştirakçı olmaq xüsusi əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, ölkəsini təmsil etməsi yarışın ən çətin anlarında ona əlavə güc verib və finişə çatmaq əzmini artırıb: “Ailəmin, dostlarımın və bütün Azərbaycanın dəstəyini hiss edirdim. Məsafənin son 300 metrini əlimdə Azərbaycan bayrağı ilə qaçdım və finişimi doğma vətənimə həsr etdim”.

Kərimovun tarixi nəticəsindən sonra Azərbaycanda triatlona maraq tədricən artmağa başlayıb. Sonrakı illərdə bu idman növü ilə məşğul olanların sayı da çoxalıb. Bu il “IRONMAN 70.3” yarışında Azərbaycanı 123 iştirakçı təmsil edəcək.

Qarşıdan gələn yarış Kərimov üçün də xüsusi əhəmiyyət daşıyır. O, ilk “IRONMAN” yarışından sonra belə bir turnirin bir gün öz vətənində də keçiriləcəyini arzulayıb. 10 il sonra həmin arzu artıq reallığa çevrilir: “Əvvəllər azərbaycanlı triatletlər “IRONMAN” startlarında öz ölkələrini təmsil etmək üçün xaricə gedirdilərsə, indi Azərbaycan özü ilk dəfə dünya seriyasının yarışına ev sahibliyi edir. Biz “IRONMAN” yarışlarında iştirak etdiyimiz hər yerdə Azərbaycan bayrağını yüksəltmişik. İndi isə Azərbaycan həmin yarışlara ev sahibliyi edən ölkələr sırasında olacaq”.

Rəbiyyə Orucova isə öz nailiyyətinin arxasında illərlə davam edən məşqlərin, böyük əzm və güclü iradənin dayandığını bildirib: “Bu, mənim üçün sadəcə bir finiş deyildi, böyük əməyin, intizamın və özünə inamın nəticəsi idi. Finiş xəttini keçəndə “IRONMAN”i başa vuran ilk azərbaycanlı qadın olduğumu anlayırdım. Bu, təkcə özüm üçün deyil, həm də gözəl ölkəm Azərbaycan üçün böyük qürur anı idi”.

Orucovanın sözlərinə görə, məhz finişdə bir çox sərhədlərin, əslində, ilk növbədə insanın öz zehnində mövcud olduğunu dərk edib. Orucovanın tarixi finişindən 4 il sonra Bakı “IRONMAN 70.3” yarışına ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən idmançılar məşhur triatlon məsafəsini qət etmək üçün Azərbaycanın paytaxtına gələcəklər.

Orucova Azərbaycanın dünya triatlon xəritəsində yer almasına çox sevindiyini deyib: “Bu, idmanın inkişafı və yeni idmançıların cəlb edilməsi üçün böyük imkandır”.

O, hesab edir ki, “IRONMAN 70.3” yarışının Bakıda keçirilməsi daha çox qadını triatlona cəlb edə, onları öz güclərini sınamağa və qarşılarına yeni idman hədəfləri qoymağa ruhlandıra bilər: “Bir qadın başqa bir qadının ağır məşqlərdən keçərək, nəhayət, “IRONMAN” yarışını başa vurduğunu görəndə özü də bunu bacara biləcəyinə inanmağa başlayır”.

Qeyd edək ki, “IRONMAN 70.3” yarışı sentyabrın 5-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see293

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see199

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see173

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see172

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see172

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see172

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see170

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see169

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see169

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see167

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see167

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see167

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri