Icma.az
close
up
RU
Azərbaycanda 4 futbolçuya sanksiya tətbiq olundu

Azərbaycanda 4 futbolçuya sanksiya tətbiq olundu

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi aşağı liqalarda hakimləri təhqir edən və onlara fiziki təzyiq göstərməyə cəhd edən iki məşqçini 5 oyunluq, 9 futbolçunu isə 4 matçlıq cəzalandırıb.

Milli.Az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən "Salyan" - "Qobustan" matçı bitdikdən sonra qonaq komandanın baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum çəkdiyinə və onu vurmağa cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.

AFFA U-17 Liqasında ştirak edən "Səbail"in baş məşqçisi Ceyhun Cavadov da 5 oyunluq cəzaya məruz qalıb. Buna onun "Sumqayıt"la matçın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması səbəb olub.

İntizam Komitəsi həmçinin 5 futbolçunu təcavüzkar davranışa görə birbaşa meydandan qovulduğu üçün 4 oyunluq diskvalifikasiya edib.

Əvəzediclər Liqasında "Zirə-2"dən Nurhan Abdıyev, Region Liqasında "Çinar Zəngilan"dan Elcan Sarıyev, U-17 Qızlar Liqasında "Zaqatala"dan Hənifət İbrahimova, "Sabah"dan Fatimə Kərimli, futzal üzrə I Liqadan isə "Xan Lənkəran"ın oyunçusu Pərviz Həsənov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduqları üçün 4 oyunluq cəzalandırılıblar.

"Zirə-2" futbolçusunun hərəkətinə görə 300 manat ziyana düşüb.

4 futbolçuya isə hakimləri təhqir etdiklərinə və onları vurmağa cəhd göstərdiklərinə görə sanksiya tətbiq olunub.

U-17 Liqasında "Sabah"dan Zakir Əmirov, Region Liqasında "Qobustan"dan Tural Nəhmətli və Samin Gülməmmədov, həmçinin "Əmirli" klubundan Mirzəxan Bəyalızadəyə 4 oyunluq cəza verilib. (Sportinfo.az)
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri