Icma.az
close
up
RU
Azərbaycanda 4500 dək türkiyəli tələbə TƏHSİL ALIR

Azərbaycanda 4500 dək türkiyəli tələbə TƏHSİL ALIR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Yəqin ki, hamımız Türkiyədə attestatla universitetə qəbul barədə eşitmişik. Bəzən Azərbaycanda ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlər qardaş Türkiyədəki universitetlərə üz tuturlar.
Eyni zamanda bu gün Azərbaycanda da minlərlə türkiyəli tələbə təhsil alır. Satatistikaya görə, hazırda ölkəmizdə 4500-ə yaxın türkiyəli tələbə oxuyur. Bəzi iddialara görə, həmin tələbələr arasında da öz ölkəsində universitetə qəbul oluna bilməyib Azərbaycana üz tutanlar da var. 

Modern.az mövzu ilə bağlı deputatlar Ceyhun Məmmədov və Elnarə Akimovanın fikirlərini öyrənib.

C.Məmmədov bildirib ki, Azərbaycandan Türkiyəyə gedən, yaxud oradan ölkəmizə gələnlərin hamısının bu niyyətdə olduğunu deyə bilmərik. Deputat qeyd edib ki, oxumağa gələnlərin əksəriyyəti intellekt baxımından öndə gedən gənclərdir:

“Amma reallıqdır ki, bu gün həm Azərbaycandan Türkiyəyə gedən, yaxud Türkiyədən gələn tələbələr arasında  bu cür gənclər var. Bu təkcə türkiyəli deyil, başqa əcnəbi ölkədən olan tələbələrə də aiddir.
Ölkəmizdə ali məktəbə qəbul olunmayan bəzi zəif göstəricili gənclər Türkiyədə oxuyurlar. Bu gün Türkiyədə 50 minə yaxın tələbə təhsil alır. Bu çox böyük statistikadır, biz də bu barədə düşünməliyik. Türkiyədən bura tələbələr gəlirlər, onların da bir hissəsi öz ölkələrində təhsil almaq imkanına malik olmadıqlarına görə belə seçim ediblər. Bu gün ölkəmizdə 10 minə yaxın əcnəbi tələbə təhsil alır. Biz çalışmalıyıq ki, Türkiyədən, Orta Asiyadan ölkəmizə gəlib təhsil alan gənclər artsın. Bu təbii ki, əlaqələrimizin də inkişafına öz töhfəsini verəcək”.

Elnarə Akimova da qeyd edib ki, sözügdən iddia hər kəsə aid edilə bilməz:

“Buradan Türkiyəyə gedən, yaxud Türkiyədən buraya gələn tələbələrin hamısına dediyiniz iddianı aid etmək  olmaz. Mənə elə gəlir ki, hər bir halda ilkin göstərici öz ölkəmizdə qazanılmalıdır. Bəzi azərbaycanlı tələbələrin Türkiyəyə attestatla oxumağa getdiyi kimi, eyni şəkildə bəzi türkiyəli tələbələrin də ölkəmizə bu şəkildə gəlməsi mümkün haldır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Fevral 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri