Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bu barədə “Cebheinfo.az”-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində bakalavriat, magistratura və rezidentura üzrə təhsil alacaqlar.
Tədris proqramları humanitar və sosial elmlər, təbiət elmləri, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı, eləcə də rezidentura üzrə müvafiq ixtisasları əhatə edəcək.Qeyd edək ki, tələbələrin təhsili “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçiriləcək.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















