Azərbaycanda 5295 nəfər sağlmaz qan xəstəlikləri ilə mübarizə aparır
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin sayı son bir ildə azalsa da, hemofiliya xəstələrinin sayında artım müşahidə olunub.
Modern.az-ın sorğusuna cavab olaraq Statistika Komitəsindən məlumat verilib
Statistikaya əsasən, 2024-cü ildə ölkədə qeydiyyatda olan talassemiya xəstələrinin sayı 5312 nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 3531 nəfərə enib.
Talassemiya xəstələri arasında ən çox payı 0-17 yaş qrupu təşkil edib. Belə ki, 2025-ci ildə bu yaş kateqoriyası üzrə 1587 nəfər qeydiyyatda olub. 18-29 yaş arasında 834 nəfər, 30 və yuxarı yaş qrupunda isə 1110 nəfər talassemiya xəstəsi qeydə alınıb.
Hemofiliya xəstələrinin sayında isə artım müşahidə edilib. Belə ki, 2021-ci ildə 1187 nəfər hemofiliya xəstəsi qeydiyyatda olduğu halda, 2025-ci ildə bu göstərici 1764 nəfərə yüksəlib.
2025-ci ildə hemofiliya xəstələri arasında 0-17 yaş qrupu üzrə 448 nəfər, 18-29 yaş qrupu üzrə 314 nəfər, 30 və yuxarı yaş qrupunda isə 1002 nəfər qeydiyyata alınıb.
Məlumatda qeyd olunur ki, son illər hemofiliya xəstələrinin sayı xüsusilə 30 yaşdan yuxarı şəxslər arasında artım göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 May 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















