Icma.az
close
up
RU
Azərbaycanda ailələr, əslində, BUNA GÖRƏ DAĞILIR: Ödənilməyən təlabatlar...

Azərbaycanda ailələr, əslində, BUNA GÖRƏ DAĞILIR: Ödənilməyən təlabatlar...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“Azərbaycanda boşanmalar son dövrdə çox aktualdır. 2024-cü ilin statistikasına nəzər saldıqda görürük ki, ölkədə 49 508 nikah müqaviləsi bağlanıb, 21 384 boşanma faktı var”.

Bu sözləri sosioloq Üzeyir Şəfiyev “Referans”-a açıqlamasında deyib.

“Artıq boşanmalar təqribən 50 faizə gəlib çıxıb. Bu statistika deməyə əsas verir ki, Azərbaycanda boşanma artıq çox ciddi bir problemdir. Azərbaycanda sanki boşanma “boom”-u yaşanır. Hesab edirəm ki, mətbuat boşanma mövzusuna çox yer verdiyinə görə, bu problem daha da artır. Bəlkə də bu mövzunu mətbuata yansıtmağı azaltmaq lazımdır ki, boşanmalar azalsın. Çünki boşanmalar artıq cəmiyyətdə xroniki sosial anemiya halına çevrilməkdədir. Əslində, bu məsələ heç vaxt Azərbaycan cəmiyyəti üçün xarakterik olmayıb. Çünki Azərbaycan cəmiyyəti patriarxal – kişi mərkəzli cəmiyyət olduğuna görə, Azərbaycanda boşanmaya həmişə pis baxılıb. Bu tendensiya Sovet dönəminin sonuna kimi davam edib”.

Sosioloq qeyd edib ki, müstəqillik dövründən etibarən bir çox məsələlərə olduğu kimi boşanmaya da Azərbaycanda tolerant yanaşmağa başlanılıb.

“Boşanmaların əsas səbəbi düşüncə tranformasiyasıdır. Azərbaycanda müstəqillik dövründən etibarən qadınların iqtisadi məşğul əhaliyə çevrilməyə başlaması da boşanmaların əsas səbəblərindən biri oldu. Qadınların iqtisadi azad olması da onların ən xırda problemdə boşanma fikrinə düşmələrinə gətirib çıxardı. Qadınlar düşünürlər ki, əgər iqtisadi cəhətdən öz-özümü təmin edə bilirəmsə, nəyə görə mühafizəkar kişinin şərtləri ilə yaşamalıyam. Bununla da qadınlar eqoist, hedonist bir həyata meyl etməyə başladılar. Bu, Azərbaycan qadınının düşüncəsində baş verən transformasiyadır. Bu o demək deyil ki, qadın işləməməlidir, pul qazanmamalıdır. Çalışmalıdır amma düzgün ağılla ailəsinə də vaxt ayırmalıdır”.

Ekspert deyib ki, boşanmaların digər səbəblərindən biri isə məntiq əsasında edilən evliliklərdir. Bunların kökündə hesablı şəkildə, qarşı tərəfin imkanına, varlı-kasıb olmasına görə edilən evliliklər dayanır.

“Xəyanət də boşanmaların 5 əsas səbəbi arasında xüsusi yer tutur. Bugün sosial şəbəkələrdən geniş istifadə xəyanəti daha da körükləyir. Boşanmaların digər səbəblərinə cinsi, emosional uyğunsuzluq, həmçinin xarakter uyğunsuzluğu da aiddir. Bəzi təlabatlar mövcuddur ki, bunlar ödənmədikdə tərəflər artıq birlikdə yaşamaqdan imtina edirlər. Son dövrlərdə Azərbaycanda boşanmalarla bağlı xüsusilə, iki tendensiyanı qeyd edə bilərik. Birinci, əvvəllər Azərbaycanda boşanmalar daha çox uşağı olmayan ailələrdə baş verirdi, hazırda isə boşanmaların 50-60 faizi uşaqlı ailələrdə baş verir. Bu məsələdə də əsasən uşaqlar əziyyət çəkir. İkinci tendensiya isə son illərə qədər Azərbaycanda mövcud olmayan lakin hazırda artan “Grey divorce”, yəni “boz boşanma” anlayışıdır. Bu da 50-60 yaşdan böyük insanlar arasında boşanma hallarının artmasıdır. Azərbaycanda bunun artması cəmiyyətdə düşüncə transformasiyasının əsas göstəricidir”.

Fidan Vəlisoy 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 May 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri