Icma.az
close
up
RU
Ödənilməyən kreditlər bankları bağlayır?

Ödənilməyən kreditlər bankları bağlayır?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Qeyd olunub ki, bu göstərici avqustun 1-i ilə müqayisədə 0,2 faiz azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 faiz, son bir ildə isə 36 faiz artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 faiz təşkil edib. Bu göstərici iyulun sonuna da 2,1 faiz, ötən ilin sonuna 1,6 faiz, ötən ilin avqust ayının sonuna isə 1,7 faiz olub. Xatırladaq ki, 2016-cı ildə problemli kreditlərin həcminin artması fonunda Azərbaycanda bir sıra banklar fəaliyyətini dayandırıb.

Bəs hazırkı vəziyyətdə problemli kreditlərin artması fonunda Azərbaycanda hansısa bankın bağlanması ehtimalı varmı? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Anar İsayev bildirib ki, hazırkı rəqəmlərə əsasən problemli kreditlərin artması banklardan birinin yaxın zamanda bağlanacağı anlamına gəlmir:

“Burada əsas məsələ problemli kreditlərin mütləq məbləğindən daha çox, onların bankların kapitalına, likvidliyinə və maliyyə dayanıqlığına təsiridir. 721,8 milyon manatlıq vaxtı keçmiş kredit ümumi kredit portfelinin 2,1%-ni təşkil edir. Bu nisbət hələlik bütövlükdə bank sektoru üçün sistemli böhran göstəricisi kimi qiymətləndirilmir. Lakin diqqət çəkən məqam odur ki, problemli kreditlər ilin əvvəlindən 37,6%, illik müqayisədə isə 36% artıb. Yəni riskin istiqaməti müsbət deyil”. 

Onun sözlərinə görə, 2016-cı illə bugünkü vəziyyət arasında mühüm fərq var: “Həmin dövrdə manatın kəskin devalvasiyası, valyuta kreditləri, bankların kapital çatışmazlığı və likvidlik problemləri bir-birini gücləndirmişdi. Bu gün isə bank sektorunda tənzimləmə və kapital tələbləri daha sərtdir,  AMB bankların maliyyə dayanıqlığını daha yaxından izləyir. Ona görə də hazırkı rəqəmlər əsasında “bank bağlanacaq” demək üçün əsas yoxdur. Amma ayrı-ayrı banklarda problemli kreditlərin sektordakı orta göstəricidən xeyli yüksək olması, kapital adekvatlığının zəifləməsi və likvidlik problemlərinin yaranması halında həmin bankların restrukturizasiyası, birləşdirilməsi və ya lisenziyasının dayandırılması gündəmə gələ bilər”.

Anar İsayev qeyd edib ki, problemli kreditlərin hansı banklarda toplandığı risklərin müəyyənləşdirilməsi baxımından önəmlidir:

“Buna görə də qeyd edilən 721,8 milyon manat vaxtı keçmiş kreditlərin hansı banklarda cəmləşməsinə diqqət etmək lazımdır. Banklar üzrə problemli kreditlərin bölgüsü və kapital göstəricilərinə baxdıqda, konkret riskləri daha dəqiq müəyyən etmək mümkündür”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az

 

Açar sözlər: kredit Anar İsayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri