Azərbaycanda arxeologiya elminin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 may, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktoru dosent Fərhad Quliyev bildirib ki, bu gün hər kəs Heydər Əliyevin xatirəsini yad edib, onun barəsində səmimi sözlərini deyir. Çünki hər bir Azərbaycan vətəndaşına istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və qorunması istiqamətində dəyəri ölçülə bilməyən fəaliyyəti bəllidir. Fərhad Quliyev vurğulayıb ki, Azərbaycanda bir çox elm sahələrinin təsisatlanması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Sözsüz ki, arxeologiya elminin ayrıca bir elm sahəsi kimi strukturlaşması və təsisatlanması Heydər Əliyevin şəxsiyyəti ilə əlaqəlidir.
İnstitutun əməkdaşları professorlar Hidayət Cəfərov, Əsədulla Cəfərov və Arif Məmmədov, dosent Mikayıl Mustafayev Ümummilli Liderin Azərbaycanda elmin inkişafında, elmi kadrların yetişdirilməsində misilsiz rolundan danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 07 May 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















