Icma.az
close
up
RU
Azərbaycanda autizmli uşaqların sayı Rəsmi AÇIQLAMA

Azərbaycanda autizmli uşaqların sayı Rəsmi AÇIQLAMA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib. Bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

2021-ci il məlumatlarına görə, dünya üzrə təxminən 61,8 milyon insan autizmlidir ki, bu da hər 127 nəfərdən birində bu sindorum müşahidə olunduğunu deməyə əsas verir.

Autizmin yayılması bölgələr və ölkələr üzrə fərqlilik göstərir. Məsələn, ABŞ-da 2023-cü il məlumatlarına əsasən, hər 36 uşaqdan birinə autizm diaqnozu qoyulur. Asiya ölkələrində isə yayılma fərqlidir, məsələn, Çində autizmin yayılma göstəricisi 2,6% təşkil edir.

Ənənəvi olaraq, autizmin oğlanlarda qızlara nisbətən daha çox rast gəlindiyi bildirilir, bəzi tədqiqatlar bu nisbətin 4:1 olduğunu göstərir. Lakin son araşdırmalar bu fərqin daha az ola biləcəyini, hətta 3:1 və ya 2:1 nisbətində olduğunu sübut edir. 

Autizmin diaqnozu və erkən müdaxiləsi uşaqların inkişafında mühüm rol oynayır. ABŞ-da autizm diaqnozu üçün orta yaş 5-dir, lakin bu, bölgələr və sosial-iqtisadi amillərə görə dəyişə bilər.

Modern.az Azərbaycanda autizm diaqnozu qoyulan uşaqlarını sayını öyrənmək üçün Dövlət Statistika Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ilin əvvəlinə ölkənin tibb müəssisələrində uşaq autizmi diaqnozu ilə 611-i qız, 2401-i oğlan olmaqla ümumilikdə 3012 uşaq qeydiyyatda olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3,1,7-ci bəndində autizm sindromuna görə uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri