Icma.az
close
up
RU
Azərbaycanda internet zəifdir? RƏSMİ AÇIQLAMA

Azərbaycanda internet zəifdir? RƏSMİ AÇIQLAMA

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər bir sıra internet provayderləri ilə bağlı şikayətlər gündəmə gəlir. Abonentlər internetin sürətinin çox aşağı olduğunu, xüsusən gecələr zəiflədiyini, yaxud tamamilə itdiyini bildirirlər.

Qiymətlərin artacağı təqdirdə sürətin də yüksələcəyinə ümid edən istifadəçilər indi pərişanlıq içindədirlər. Nəyə görə internetin sürəti aşağıdır? Onu necə bərpa etmək olar?

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən Lent.az-a bildirildi ki, internetin sürətinin aşağı olması bir sıra amillərlə bağlı ola bilər:

“Son aylar ölkə üzrə internetin sürətinin “OOKLA Speedtest” indeksi üzrə median göstəricisi 80 Mb/s-yə çatıb. Bu mənbəyə əsasən ölkə üzrə orta internet sürəti (average) isə 140 Mb/s təşkil edir. “OOKLA”nın rəsmi saytında dərc olunan rəqəmlər deməyə əsas verir ki, ölkə üzrə sabit internetin sürəti daha dayanıqlı və keyfiyyətli bir mərhələdədir.

Bununla yanaşı, müxtəlif abunəçilərdə bir sıra səbəblərdən xidmət keyfiyyəti ilə bağlı çətinliklər ola bilər. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”nin “İnternet xidmətləri üzrə xidmət keyfiyyət göstəriciləri”nə nəzər salsaq, ay ərzində 100 abunəçiyə düşən zədə sayının 2,2%-dən az olmasının nəzərə alınan hədd olduğunu görərik. Bu xidmət keyfiyyəti indeksləri Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) müvafiq tövsiyə və standartları əsas götürülməklə hazırlanıb. İnternet telekommunikasiya xidmətləri operator və provayderləri şikayətləri aradan qaldırarkən müəyyən vaxt ərzində zədəli vəziyyətdən işlək vəziyyətə keçidlərin orta sayının nisbətinin həmin normativ hüquqi aktın “Bərpa səviyyəsi” xidmət keyfiyyət göstəricisinin həddi daxilində təmin edilməsinə çalışmalıdır. Bu göstəricilərin ölçülməsi Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən aparılır və şikayət indeksi olaraq ictimaiyyətə açıqlanır (https://icta.az/complaint-index).

İnternetin sürətinin aşağı olması bir sıra amillərlə bağlı ola bilər. Bu problemlər həm internet telekommunikasiya xidmətləri göstərən operator və provayderdən, həmçinin də abunəçinin istifadə etdiyi son avadanlıqdan, kompüterlərin əməliyyat sistemlərindən, lisenziyasız proqramlardan, istifadəçinin istifadə etdiyi müxtəlif təhlükəsizlik sistemi (firewall) və antivirusların tətbiqi, proqramların avtomatik yenilənməsi və s. hallardan qaynaqlana bilər. Mobil telefonlarda, xüsusilə yaddaş kartının dolması da buna səbəb ola bilir. Ümumiyyətlə, istifadəçilər kompüter və telefon cihazlarında mütəmadi təmizləmə işləri aparmalı, yaddaşı lazımsız proqramlardan azad etməli, proqramların yeniləmə saatlarını isə nəzarətdə saxlamalıdırlar”.

Agentlikdən bildirilib ki, şikayəti olan şəxslər onlayn qaydada müraciətlərini ünvanlaya bilərlər:

“İKTA tərəfindən 2023-cü ilin noyabrında istifadəyə verilən “E-Şikayət” sistemi vasitəsilə telekommunikasiya və poçt sahələrində müxtəlif mövzularla yanaşı internet sürəti ilə bağlı şikayətlərin qəbulu da həyata keçirilir.

Vətəndaşlara müraciət edərək bildiririk ki, internet sürətinin aşağı olması ilə bağlı müraciətlərini “E-Şikayət” sistemi vasitəsilə ünvanlaya bilərlər. Bunun üçün https://e-complaint.icta.az saytına daxil ola, yaxud “Android” və ya “iOS” əməliyyat sistemli cihazlarına “E-Şikayət” adlı mobil tətbiqi yükləyə bilərlər. “E-Şikayət” vasitəsilə müraciət edən vətəndaşlar həmin tətbiqdə quraşdırılmış “speedtest” aləti ilə sürət keyfiyyətini ölçməklə göstəricini müraciətə avtomatik əlavə edə bilərlər. Bu isə İKTA tərəfindən xidmət keyfiyyətinin monitorinqini aparmağa əlavə təsdiqedici faktlar vermiş olacaq.

Tənzimləyici qurum olaraq tövsiyə edirik ki, vətəndaşlar yüksəksürətli internetə sahib olmaq üçün 5-ci və 6-cı nəsil “Wi-Fi” modem, yaxud routerlərdən istifadə etsinlər. Eyni zamanda həmin qurğuları yerləşdirərkən interferensiya yaranmasına, avadanlıqların qızaraq sürətinin zəifləməsinə şərait yaratmasınlar. Bu istiqamətdə tənzimləyici qurum olaraq nəzarət tədbirləri ilə yanaşı, davamlı olaraq maarifləndirici addımlarımızı davam etdiririk”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri